Azərbaycanda 15 yaşlı qız intihar etdi — Cəsədi hələ də tapılmayıb

20-04-2016, 01:36           
Azərbaycanda 15 yaşlı qız intihar etdi — Cəsədi hələ də tapılmayıb
Bu gün axşam saatlarında Qubada bədbəxt hadisə baş verib.

teref.az anspress-ə istinadən xəbər verir ki, Qubanın Barlı kənd sakini, 15 yaşlı Güldanə Vaqif qızı Tağıyeva özünü kanala atmaqla intihar edib.

Verilən məlumata görə, Güldanə özünü kəndlərinin yaxınlığından keçən Samur-Abşeron kanalına atıb. Faktı FHN-nin Xaçmaz şimal regional mərkəzindən təsdiq ediblər. Mərkəzdən bildirilib ki, bu barədə saat 19:54-də məlumat daxil olub.

Hazırda nazirliyin şimal dalğıc qrupunun axtarış qrupu məktəbli qızın cəsədinin tapılması istiqamətində axtarışlara başlayıb.

Quba polisi də faktın araşdırılmasına başlayıb. 15 yaşlı qızın hansı səbəbdən intihar etdiyi hələlik bəlli deyil.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.