Adil Əliyev: “Rasim Məmmədov kimi şəhidlərimizin qəhrəmanlıqları gənclərimizə örnəkdir”

17-05-2016, 00:17           

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev və federasiyasının əməkdaşları Naxçıvan Muxtar Respublikası Şərur rayon Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlar arasında “Azərbaycan kəməri” uğrunda tədbirlər çərçivəsində vətənimizin azadlığı uğrunda şəhid olan milli ordumuzun zabiti Rasim Məmmədovun məzarını ziyarət ediblər.

Şəhidimizin ruhuna dualar oxunduqdan sonra, millət vəkili A.Əliyev R.Məmmədovun haqqında danışıb:

“Aprel hadisələrində zabit və əsgərlərimiz düşmənin bütün cəbhəboyu təxribatlarının qarşısını qəhrəmancasına aldılar.

Düşmən böyük itkilər verməklə yanaşı, bir sıra strateji təpələrini itirdirlər. Bu, Rasim Məmmədov kimi igidlərimizin rəşadəti sayəsində oldu.

Onların qəhrəmanlıqları gənclərimizə örnəkdir.

Belə igidlərimiz heç bir zaman unudulmayacaqlar.

Allah igidlərimizə rəhmət eləsin” - deyə, A.Əliyev daha sonra vurğulayıb.



Gün.Az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.