Qax rayon İcra başçısı Musa Şəkiliyev sərxoş halda gülünc vəziyyətə düşdü

20-05-2016, 01:07           

Bölgələrdə problemlər son vaxtlar daha çox artmaqdadır. Bu da yerli icra struktorlara rəhbərlik edən bəzi çinovniklərin yerində olmaması ilə bağlıdır. Bir müddət əvvəl mətbuatda “Baku 2015″ avropa oyunlarından sonra bir neçə icra başçılarının yola salınacaqları barədə dövriyyəyə buraxılan informasiyalar məqsədlidir və bunun məntiqi əsasları da olmamış deyildir. Məsələn, Binəqədi rayon icra hakimiyyəti başçısı Xaləddin İsgəndərov rayonda “Təmiz Binəqədi” devizi altında bir sıra çirkin əməlləri ilə gündəmə gəlməkdədir.

Məsələn, RİH-nin Ədalət adlı müavini vasitəsilə pul toplayan İsgəndərov, məlum bina yanğınından sonra həmin müavini həbs olunduqdan sonra bu missiya təsərrüfat şöbəsinin müdiri Elşad Rəhimova həvalə olundu. Hazırda Binəqədi rayon ərazisində ev tikmək istəyən hər bir şəxs icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Elşad Rəhimova hər mərtəbəsinə görə 10.000 manat civarında rüşvət verməlidir. Bu kimi hallar bir çox icra başçılarının iş fəaliyyətinin tərkib hissəsinə çevrilib və hakimiyyət də xalqı narazı salan belə ünsürlərə qarşı hər zaman barışmaz olaraq qalır.
Qax rayonundan maraqlı bir neçə informasiya daxil olub. Belə ki, adıçəkilən rayondan deyilənlərə görə, RİH başçısı Musa Şəkiliyev demək olar hər gün sərxoş vəziyyətdə olur. Bir müddət əvvəl də o, sərxoş vəziyyətdə olarkən rayonun mərkəzi küçələrindən birində sürücüsünə maşını saxlamasını əmr edərək maşında əyləşdiyi hissədən qapını açaraq işıqforun yanında rəzalətli duruma düşüb. Rayon sakinlərindən biri də bu fürsəti buraxmamaq qərarına gəlir və həvəskar çəkilişi ilə bu “tarixi an”ı telefonunun yaddaşına həkk edir.
Bu barədə qarşı tərəf olaraq Musa müəllimlə telefon əlaqəsi yaradaraq münasibət öyrənən əməkdaşımıza o, etirafedici bir net cavab verib: “qusmuşam əcəb eləmişəm, yazsaniz arxasinda dayana bilməyəcəksiniz” kimi heç bir dövlət məmuruna, bir azərbaycanlı ziyalısına yaraşmayan tərzdə reaksiya verməsi, etdiyi fəxrolunmayası bir hərəkəti bir yana əməkdaşımızı hədələmək cəhdləri də onun hansı təfəkkürə, hansı insani kefiyyətlərə malik olmasını ortaya qoymuş olur. xeberxetti.az
Mövzuya qayıdacağıq…












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.