"Global Construction” şirkətinın rəhbəri kimdir? - FOTO

19-05-2015, 20:34           
"Global Construction” şirkətinın rəhbəri kimdir? - FOTO
Binəqədidəki yanğına görə həbs olunan "GLOBAL" Şirkətlər qrupunun rəhbəri Miryusif Mahmudov əslən Gəncəlidir.

Strateq.az bildirir ki, “"Global Construction” şirkəti 2006-cı ildə yaradılıb. Şirkət böyüklüyünə görə, ölkənin ən tanınan tikinti şirkəti hesab olunur. Onun rəhbərlik etdiyi “Global Stone” şirkəti 2012-ci ildə nüfuzlu CE sertifikatına layiq görülüb. Qafqaz regionunda poliuretan fasad örtüyünün yeganə istehsalçısı olan “Global Stone” MMC Azərbaycanda bu sertifikatı alan ilk özəl şirkəti olub. Bu şirkət həmçinin Gəncədə Heydər Əliyev Mərkəzini tikib. Modern.az saytı xatırladır ki, Miryusif Mahmudov Azərbaycan prezidenti İlham Əliyev tərəfindən “Əməkdar Mühəndis” fəxri adına layiq görülüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.