Ağdamda əksəriyyəti qadınlardan ibarət oğru qrup zərərsizləşdirilib - FOTOSESSİYA

25-09-2015, 21:53           

Ağdam rayonunda oğurluqla məşğul olan qrup üzvləri saxlanılıb.

Ağdam rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Ağdam sakini Fərhad İsmayılov şöbəyə ona məxsus dükandan kişi geyimlərinin oğurlanması barədə şikayət ərizəsi ilə müraciət edib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1965-ci il təvəllüdlü Sona Nadirova, 1967-ci il təvəllüdlü Qumru Nadirova, 1975-ci il təvəllüdlü Gülnaz Seyidova və 1967-ci il təvəllüdlü İsmayıl Nadirov saxlanılıb.

İ. Nadirovun avtomobilindən dükanlardan oğurlanan paltarlar aşkarlanıb. Qadınlar əməllərini etiraf ediblər. İstintaq zamanı onların qohum olduğu, eyni zamanda qadınların başqa dükanlardan da oğurluq etdiyi məlum olub. Faktla bağlı Ağdam rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.