İspaniyada leysan yağışları səbəbindən ölənlərin sayı 5 nəfərə çatıb

14-09-2019, 07:54           
İspaniyada leysan yağışları səbəbindən ölənlərin sayı 5 nəfərə çatıb
İspaniyada güclü yağışların yaratdığı sel nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bundan əvvəl Almeriya və Qranada şəhərlərində iki nəfərin öldüyü deyilirdi.

Cümə günü daha 3 nəfər təbii fəlakətlərin qurbanına çevrilib. Belə ki, xilasedicilər onların cəsədlərini Alikante şəhərində aşkarlayıb.

İspaniya Dövlət Meteorologiya Agentliyi güclü yağış, şimşək və güclü külək səbəbiylə ölkənin bir çox əyalətlərində xəbərdarlıqlar edib. Bir sıra yaşayış məntəqələrində təhlükə səviyyəsi ən yüksək – qırmızı həddə qədər artırılıb.

Pis hava şəraiti səbəbindən minlərlə tələbənin dərsləri ləğv edilib. Leysan yağışları yollarda tıxaclara, dəmir yolu nəqliyyatının qismən dayandırılmasına və daşqınlara səbəb olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.