Yer kürəsinə diametri 1 km olan asteroid yaxınlaşır

25-01-2020, 08:26           
Yer kürəsinə diametri 1 km olan asteroid yaxınlaşır
Yerə nömrəsi 163373 olan nəhəng asteroid yaxınlaşır.

“Report” xəbər verir ki, məlumatı NASA Tədqiqatlar Mərkəzi yayıb.

Asteroidin diametri 400 metrdən 990 metrə qədərdir. Bildirilib ki, 15 fevralda bu kosmik obyekt dünyaya maksimal yaxınlıqdan ötüb keçəcək

Lakin NASA bəyan edib ki, asteroid Yer üçün təhlükə törətməyəcək.

163373 nömrəli asteroid “Apollonlar” qrupuna aiddir və 23 oktyabr 1995-ci ildə kəşf edilib. Növbəti dəfə bu asteroid 2075-ci ildə Yer kürəsinin yaxınlığından keçəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.