Deputat vətəndaşı narazı salan hakimlərin cəzalandırılmasını təklif edir

5-06-2020, 13:44           
Deputat vətəndaşı narazı salan hakimlərin cəzalandırılmasını təklif edir
“Hakimlərin çıxardığı qərarların monitorinqinin həyata keçirilməsi olduqca vacibdir. Əgər bir hakim prosedur qaydanı düzgün yerinə yetirmirsə, yaxud qəbul etdiyi qərar vətəndaşı narazı salırsa, onun məsuliyyətə cəlb edilməsi vacibdir”.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, müəyyən məsələlərdə dünya və Avropa təcrübəsinə baxılmalıdır: "Hakimin prosedur qaydanı pozmasına görə Avropa Məhkəməsi qərar çıxarır. Nəticədə Azərbaycan dövləti başqalarına pul verməli olur. Vətəndaşın verdiyi vergini niyə bu işlərə cəlb etməliyik?! Bu cür məsələlərdə ödənilməli olan məbləğ həmin hakim tərəfindən ödənilməlidir. Yəni prosedur qaydalarını pozan hakimlərə qarşı mərhələli şəkildə cəza tədbirləri tətbiq etməliyik. Hakimlər öz fəaliyyətində bunu nəzərə almalıdır. Çünki məhkəmə, hakim dövlətin adından qərar qəbul edir”.

Daha sonra çıxış edən deputat Ziyafət Əsgərov isə bildirib ki, qanun layihəsində nəzərdə tutulan sistemli xarakter daşıyan pozuntular daha çox mülki işlərdə cərimələrlə bağlı məsələlərdə olur: “Biz keçən il qanunlara dəyişiklik etdikdən sonra bu sahədə xeyli irəliliyiş var. Hakimlərin təyin olunması məsələsində də bunu demək olar. Ədalət mühakiməsinin hamı üçün şəffaf olması üçün bu qanun layihəsinin qəbulu çox vacibdir".шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.