Cons Hopkins Universiteti Braziliya ilə bağlı məlumatları sildi

7-06-2020, 03:41           
Cons Hopkins Universiteti Braziliya ilə bağlı məlumatları sildi
Dünyada COVID-19-a yoluxanların və infeksiyanın yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı haqqında statistik məlumat yayan Amerkianın Cons Hopkins Universiteti şənbə günü (06 iyun – Red) öz saytında Braziliya ilə bağlı məlumatları silib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu, Braziliya Səhiyyə Nazirliyinin yeni növ koronavirus (COVID-19) səbəbindən ölənlərin sayını təftiş edərək yenidən hesablayacağı barədə məlumatından sonra baş verib.

İndi Braziliya son sırada qərarlaşıb. Bunun əvəzinə, interaktiv xəritədə ayrı-ayrı ştatların statistikasını görmək mümkündür.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.