TikTok-un qara günləri: 6 milyard dollarlıq zərər

4-07-2020, 17:54           
TikTok-un qara günləri:
Məşhur sosial şəbəkələrdən olan TikTok haqqında ortaya atılan iddialardan sonra böyük miqdarda zərərə düşüb.


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istifadəçilərin şəxsi məlumatlarının sıdırılmasında günahlandırılan tətbiq 6 milyard dollar itirib.


Qeyd edək ki, ötən günlərdə Reddit-də sözügedən tətbiqin istifadəçi məlumatlarının Çin hökumətinə ötürdüyü yazılıb.


Milyonlarla istifadəçi iddiadan dolayı tətbiqi boykot edərək bir daha istifadə etməyəcəkərini bildiriblər.


Bir çox ölkənin mediasında isə TikTok təcili silinməli tətbiqlər siyahısına salınıb.


Ən ciddi reaksiyanı isə Hindistan hökuməti göstərib. Belə ki, ölkə rəhbərliyi TikTok da daxil olmaqla 59 Çin tətbiqinə qadağa qoyub.


Qeyd etmək yerinə düşər ki, TikTok-un sahibi olan ByteDance şirkəti Hindistana 1 milyard dollar yatırım edib. Əvəzndə isə qadağa və külli miqdarda itki ilə üzləşməli olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru