DD Tayvana “Patriot” raketlərinin satışına razılıq verib

10-07-2020, 10:53           
DD Tayvana “Patriot” raketlərinin satışına razılıq verib
ABŞ Dövlət Departamenti Tayvan adminstrasiyasına “Patriot” (PAC-3) raketlərinin yenidən sertifikatlaşdırılması və təmiri üçün mümkün Xarici Hərbi Satışa razılıq verib. Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bildirilir ki, adminstrasiya ilə bağlanan müqavilənin dəyəri 620 milyon ABŞ dollarıdır.

Müqaviləyə sınaq və dəstək alətləri və digər əlaqəli avadanlıqlar daxildir.

Müqavilənin əsas icraçısı ABŞ-ın müdafiə nəhəngi olan "Lockheed Martin" şirkəti olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.