“HƏR DÜNYAYA UŞAQ GƏTİRƏN ANA, HƏR ƏTƏK GEYİNƏN QADIN DEYİL” – NİGAR ÖGEDAY YAZIR

13-07-2020, 08:04           
“HƏR DÜNYAYA UŞAQ GƏTİRƏN ANA, HƏR ƏTƏK GEYİNƏN QADIN DEYİL” – NİGAR ÖGEDAY YAZIR
Nigar ÖGEDAY- (Türkiyə, İzmir) xüsusi olaraq ONN üçün.

Bu yazımı illər öncə yazmışdım. Arxivimə nəzər saldıqda təsadüfən qarşıma çıxdı. Yenidən paylaşmaq istədim. Bugün daha çox aktualdır bu mövzu. İnanıram ki oxuyucularım da mənlə eyni fikirdədir.

Qadın demək həm bir anadır, Ana demək isə bir vicdan güzgüsüdür.

Təəssüf ki şəxsi mənfəətlərimiz o böyük vicdanımızı yox edib, dərdimiz sadəcə maddiyat olub. Yoldaşının sevgisini deyil var dövlətini seçənlərə, çətinliyə düşdükdə övladını atasına verib həyatını yaşayanlara, övladı böyüdükdən sonra mən anayam deyib oğlunun, qızının qarşısına çıxanlara, imkansızlığa görə yoldaşından ayrılıb sonra imkanı yaxşılaşdığını eşidən kimi geri dönmək üçün min bir yalan uyduranlara “Ana” demək məni incidir. “Qadın” demək çətin gəlir, çünki məndə bir qadınam.

Qadın demək ana və ana namizədi deməkdir. Ana və ana namizədi demək dünyanın bütün çətinliyinə güc gələn qüvvə deməkdir. “Cənnət anaların ayaqları altındadır” sözünü bu gün eşitməyən yoxdur. Təəssüf ki, son 25 ilin bir çox anaları bu sözün mənasını tam olaraq dərk etmirlər.

Uşaq dünyaya gətirib ən yaxşı halda atalarının yanına ən pis halda isə zibil qabına atırlar. Tək təsəlliləri isə “ayaqlarının altında qalacaq cənnətin qapısını açmaqdır”.

Halbuki bu acizlər anlamırlar ki, doğuş zamanı çəkilən ağrı ilə cənnət qapısı açılmır. Bu cahillər düşünmürlər ki, uşaq dünyaya gətirməklə ana olunmur.

Bu iyrənc məxluqlar başa düşmürlər ki, analıq başqa hisdir. Buna görə 9 ay qarnında körpə daşımaq, sancılarla dünyaya gətirmək kifayət deyil.

Yenə deyirəm mənə görə ana olmaq, körpə dünyaya gətirmək deyil. Analıq o qədər uca vəzifədir ki, bu haqda danışsam da o məxluqlar bunu başa düşməzlər.

MN-dən SON DƏQİQƏ AÇIQLAMASI: Düşmənə qarşı sərt tədbirlər görülür
MN-dən SON DƏQİQƏ AÇIQLAMASI: Düşmənə qarşı sərt tədbirlər görülür
Analıq dünyaya gətirdiyi körpəsinə, yoldaşına, qaynanasına bütün böyüklərinə hörmətlə davranmaqdır. Ailəsinə hansı çətin şərtlər altında olursa olsun sahib çıxmaqdır.

Mənə görə analıq qadın olmaqdır. Qadın dediyin zərifliyi ilə çətinliklərə güc gələndir, zərifliyi ilə asandı seçən deyil.

Mənə görə qadın yuva qurandır. Evinin böyüyünü övladlarına sevdirəndir. Evlilik proqramına çıxıb 2 övladım var amma atasındadır, mən çöpsüz üzüməm deyən qadın deyil.

Mənə görə qadın nə geyimi ilə, nə saçının rəngi ilə, nə də əzilə büzülə danışması ilə qadın olmaz. Mənə görə qadınlıq beldən aşağısını istifadə etməkdə deyil. Onu bu gün cinsi azlıqlarda edir.

Qadın olmaq of demədən çətin olana gülərək əl etməkdir.

Qadın böyük qüvvədir…

Boş yerə demiyib dahilər…

Birdə bunu başa düşənlər olsa…












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.