QAZİLƏRİN-manifesti - "HƏR ZAMAN YALAQ FAHİŞƏ KİMİ HIRILDAYAN BU NAHAQQ DÜNYADA."

6-08-2015, 22:42           

Hərdən YAZICI OLMAQ KECİR könlümdən.Belə yazılar lazımdı.Hər zaman istəyirsən nəsə yazasan.nəyi isə xatırlayasan-umu küsü,kövrəlmək və sonda qəlb ağrısına görə dərman şüşəsi kecir əlinə. Amma yazmaq lazımdı.Tarixin də kövrək notları var-HƏR ZAMAN YALAQ FAHİŞƏ KİMİ HIRILDAYAN BU NAHAQQ DÜNYADA.

QAZİLƏRİN-manifesti.

Coxumuz hamı kimi doğulduq.Hec bir istisna olmadı bizim dünyaya göz acmağımızda.Anamız öz halal südü ilə,atamız halal qabarlı əl zəhməti ilə böyütdü bizi. Coxumuz hələ məktəbdə verilən suala"Kosmanavt,Qəhrəman" olacağıq dedik. Kimi Soverlərin Hərbi məktəbinə Qəhrəman olmaq ücün,kimi Ali məktəblərə Kosmonavt olmaq ücün,kimi isə sadəcə sənət kar olmaq ücün təhsil yoluna cıxdı. Göydən ildırım caxdı və Qara buludlar gəldi. Yağış yağmadı göydən-qan yağdı. Dünənin "kosmonavt və Qəhrəmanları" bu yağan sel kimi qanın qarşısını balaca cətirlərlə almaq istədi.

İslandılar.

Bu islanma bahar vaxtı yağan yağışın sərin sularında saatlarla qalıb,yam yaş olan sevgililərin islanmasına bənzəmədi sadəcə.
Bu islanma coxlarının canına qızdırma,xəstəlik ,qalan yaşamına isə məyusluq gətirdi.

Bir yay səhəri idi. Ağdərənin Sərsənginin yaxınlığında Aterkdən gələn QAZ-66 dakı uşaqlar" Komandir bir siqaret ver dedilər". Verdim. Nədənsə gözüm diz hissəsində tikişdən arxa nahiyyəsinə qədər sökülmüş komuflyajın altından cıxan arıq bir dizə sataşdı. Acı bir hiss kecdi könlümdən. Görəsən bu cırıqşalvarların müharibədən sonrakı həyatı nə olacaq. Axı ortada belə praktika vardı. Əfqandan gələnlərin coxusu dəlixanalarda,coxusu səfil olaraq icki düşkünü,coxu da həyatına qəsd elədi.
Niyə görəsən?

Bu yaxında Forqan Kruks adlı bir Amerikan əsgəri məni Los-Anceles şəhərinə qonaq cağırdı. Getmədim. Mən hara Amerika hara? Dostlaşdıq. O ingiliscə yazır mən Rusca cavab verirdim. Transleyt ilə anlaşırdıq.Özündən yazdı mən ağladım,özümdən yazdım o ağladı. Mən ona verilən qiymətə,o isə mənə verilən qiymətə.
Burda dəqiq detalları yazmıram-birdən Allah eləməmiş,oxuyub qanı qaralan,vicdanı üsyan edən məmurlarımız olar. Yazıxdılar. Qəlblərini ağrıtmamaq ücün hec Prezidentin tövsiyyələrinə də qulaq asmırlar.

Hə isə.Bu yerdə Allahdan şeytana lənət oxumaq kecdi könlümdən-amma düşünəndə ki şeytan bu məmur sürüsünün yanında məsumdur-eləmədim.

Görəsən niyə bu Qazi deyilən və cəmiyyətin hələ də ulaq düşüncəsinə cata bilməyən kontingent müharibədən ayrıla bilmir. Baxıram hərdən kənardan. Kasıblıqdan,ehtiyacdan ,sayğısızlıqdan canı usanmış,vaxtsız beli bükülmüşlər-müharibədən danışanda niyə belə sifətləri işıqlanır.Əcəba onlar zombidilərmi?
Yox axı yuxarıda yazdım-onlar hamı kimi doğuldular. Bəs nədən?

Məncə sadəcə bir təhlili var bunun. İnsanlar həyatlarının ən enerjili vaxtında savaşlara atıldılar. Onların xatirə tarixində müharibələrdən başqa hec nə yoxdur. Nə səyahətlər,nə istirahət mərkəzləri ,nə romantik uzaq yaşıl adalar.Olanlar ancaq müharibələrdir.

Bəs müharibə dedikdə biz ancaq avtomat qaqqıltısı,top atəşi və ölümmü düşünürük?
Yox .Müharibə də gündəlik həyat kimi axarlı,özünün qanunları,pozitivi,neqativi,sevinci,kədəri olan bir ömür kecimidir.Adi itgiyə ağladığımız zaman,bir cüvəllağı döyüşcünün barıt tökülmüş tuşonka bankasını o biri döyüşcünün altında yandırmasına yıxılana qədər gülərdik. Hərdən bir gözümüz ağlayar,bir gözümüz gülərdi. Hormal hal olmasa belə. Kəndləri itirib,məğlub olan bizlər,hələ döyüşcülərin toyunda rəqs də edərdik. Hücumda uğur qazananda,bu hücumda kimi isə itirdiyimizi bilib,qələbəni ürək ağrısı ilə yaşardıq. Caylarda paltarımızı yuyardıq,bir qazan su ilə kolluqda cimərdik,1 paslı lezva ilə 10 nəfər üz təraş edərdik və daha nələr və nələr.Bu həyat idi,yaşam idi,həyatın ömrümüzə pərcim elədiyi bir dünya kecidi idi.

Bunun cox böyük elmi anlamı var.
Alimlər -savaşa atılmış insanların,anlamında cox böyük dəyişiklərin olmasını isbat edirlər. Onlar deyirlər: belə insanlar özünütəcridə məruz qoyurlar,onlar həddindən artıq yaxın döyüş dostlarına görə narahatcılıq kecirir,onlar hər zaman ölümün sifəti ilə rastlaşdıqlarına görə,həyatlarında olan hisslər beyin kletkaları kimi ölür,onlar həyata müvəqqəti dayanacaq kimi baxır və yaxın dayanacaqda düşəcəklərini anlayırlar. Bu zaman isə qarşı dayanacağa qədər catana qədər daha cox öldürmək instinkti yaranır.Cünki bu dayanacağa qədər yolu uzatmaq ücün öldürməyə məcbursan.

Bir cox hallarda biz aqressiv oluruq. Bu da coxlarına Qazilərin"şizik" olduqları fikrinə gətirir. Bu da qanunauyğundur. Cünki həyatının ağşuna "müharibə adamı kimi" atılan varlıq-icində bu müharibənin sonunu özü ücün gözəl ,sakit,firavan" bir ada kimi cücərdir. Lakin onun cücərtdyiyi pöhrələr ,kiminsə cirkli ayaqları altında əzilirsə- o məcazi və həm də həqiqi mənada "şizikə " cevrilir.
Sonda bu manifesti amerikalı dostumun bir frazası ilə bitirirəm: CƏMİYYƏTİNİZ GÜNAHKAR,MƏMURLARINIZ CİNAYƏTKARDIR.DAHA MÜHARİBƏ ELƏMƏYİN-CÜNKİ SİZİ İKİNCİ DƏFƏ KONFETLƏ ALDATMAQ MÜMKÜN OLMAYACAQ !












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.