“Dağlar” MTK-da aldadılanlar Dövlətdən kömək istəyir (MÜRACİƏT)

17-01-2019, 08:21           
“Dağlar” MTK-da aldadılanlar Dövlətdən kömək istəyir (MÜRACİƏT)
Bakıda mütəşəkkil cinayətkar dəstənin qurbanı olan olan vətəndaşlar etiraz aksiyalarına başlamaq fikrindədir. Belə ki, tikinti mafiyasının qurbanlarının aidiyyati dövət qurumlarına etdiyi şikayət və müraciətlər nəticəsiz qaldığından, vətəndaşlar əlacsız şəkildə piket keçirəcəyini bildirir.

AzToday.az xəbər verir ki, paytaxtın Təbriz küçəsində yerləşən “Konqres” mərkəzi ilə üzbəüz hündürmətəbəli binada ev almaq istəyən 30-dan çox vətəndaş aldadılıb. Tikintini aparan “Dağlar” MTK-nın təsisçilərinin mənimsəmədən xəbərdar olsalar da hüquq-mühafizə orqanları yalnız Şahin Əliyev adlı bir nəfəri məsuliyyətə cəlb ediblər. Şikayətçilər bildirir ki, şirkətin əsas təsisçisi Çingiz Rzayev kimlərinsə himayədarlığı sayəsində məsuliyyətdən kənar qalıb. Məhkəmə qərarı ilə həmin binadakı qeyri-yaşayış sahəsinin zərərçəkənlərə dəyən ziyanın ödənilməsi üçün nəzərdə tutulduğu halda, ona da süni maneələr yaradılıb.

Zərərçəkənlər növbəti dəfə dövlət qurumlarına müraciət ünvanlayaraq kömək istəyiblər. AzToday.az həmin müraciəti təqdim edir:

“Artıq beşinci ildir ki, biz “Dağlar MTK” tərəfindən aldadılaraq evsiz qalmışıq və beləliklə maddi və mənəvi iztirablara duçar olmuşuq. Məhkəmə instansiyalarının ədalətsiz və qərəzli yanaşması ucbatından 20-yə yaxın ailənin mülkiyyət hüquqları pozulmuşdur, nəticədə çıxılmaz duruma salınmışıq.

Cinayət işinin araşdırılması ibtidai istintaqı aparan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən bəsitləşdirildi, ayrı-ayrı epizodlar üzrə baş vermiş cinayət faktları ört-basdır edilərək iri miqyaslı cinayətkarlıq faktı bir nəfər (MTK sədri Şahin Əliyev) üzərində fokuslayaraq onun həbsi ilə yekunlaşdırmışlar. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilk mərhələdə MTK-ya məxsus 900 kvadrat metr qeyri-yaşayış sahəsi üzərində həbs qoymaqla biz zərərçəkənləri arxayınlaşdırdı. Sonrakı məhkəmə instansiyalarında həbsi “ləğv etmək – bərpa etmək” oyunu qurmaqla bizim taleyimizi qumar obyektinə çevirmişlər. Bu məhkəmə oyunu Ali Məhkəmənin sədrinin təqdimatı əsasında qeyri-yaşayış obyektinə qoyulmuş həbs qərarı ləğv edilmiş və beləliklə cinayətkar dəstəyə edilən himayədarlıq məntiqi yekununa çatdırılmışdır. Nəticədə 20-yə yaxın ailə evsiz qaçqın durumuna salınmışdır.

Yekun ümid yeri kimi Konstitusiya Məhkəməsinə müraciət etməklə bizim pozulmuş konstitusion hüquqlarımızın bərpa olunacağına əminliyimizi bildirmək istəyirik. Ərizəmizə qoyduğumuz Konstitusiya şikayəti ilə yaxından tanış olmağınızı və üzləşdiyimiz problemin həll edilməsində köməklik göstərməyinizi sizdən xahiş edirik”.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru