Ənvər Seyidəliyev necə gərginlik yaradır... - İTTİHAM

15-02-2019, 13:08           
Ənvər Seyidəliyev necə gərginlik yaradır... - İTTİHAM
Ölkə mətbuatı Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin və onun idarə etdiyi cinayətkar qrup Ağsuda və ətraf rayonlarda, Bakı şəhərində dövlət idarəetmə orqanlarında aparıcı vəzifələri zəbt etmələri, korrupsiyaya qurşanmaları barədə dəfələrlə araşdırmalar aparmışdır.

Araşdırmalar nəticəsində bir sıra ilginc məqamlar ortaya çıxmışdır.

Ənvər Seyidəliyevin doğma bacısı oğlu sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla və sabiq Nəqliyyat Naziri Ziya Məmmədovla biznes ortaqı olması, onların vasitəsi ilə özünün və yaxın ətrafının cinayət xarakterli fəaliyyətlərinin ört-basdır edilməsindən ötrü keçmiş MTN şefi Eldar Mahmudovla əlaqələr qurması artıq gündəmdədir.

Eldar Mahmudov vaxtılə yüksək vəzifə səlahiyyətlərindən istifadə edərək Ənvər Seyidəliyevin oğlu Dəyanət Seyidəliyevin və qohumu Xəzər Müslümovun cinayət məsuliyyətinə cəlb edilməmələri üçün göstəriş vermişdir.

Bəzi məlumatlara görə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Xəzər Müslümovdan külli miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkar edərək götürmüşlər. Ənvər Seyidəliyev onun cinayət məsuliyyətindən yayındırılması üçün Eldar Mahmudovla görüşmüşdür.

Qeyd edək ki, Xəzər Müslümov İsmayıllı rayon Maliyyə İdarəsinin rəisi Nadim Müslümovun oğlu və Səlim Müslümovun qardaşı oğludur.

Bundan başqa, 7GUN.az Ənvər Seyidəliyevin qardaşı oğlu Prokurorluq orqanlarında işləyən Fariz Seyidəliyevlə də bağlı çox ciddi məlumatlara malikdir. Fariz Seyidəliyevin fəaliyyəti barədə əlavə araşdırmalar aparıb ictimaiyyətə çatdıracağıq.

Ənvər Seyidəliyevin İcra Hakimiyyətinin Başçısı kimi törətdiyi saysız-hesabsız qanunsuz əməlləri barədə Prezident Administrasiyasına, hüquq mühafizə orqanlarına yüzlərlə şikayət və müraciətlər daxil olur. Lakin buna baxmayaraq, müraciətlərə hansısa reaksiya verilmir. Bu isə narazılıqlar yaradır. İddia olunur ki, Seyidəliyev PA-ya göndərilən məktubların ünvanına çatmaması üçün əlindən gələni edir.
Qarşı tərəfi də dinləməyə hazırıq...
7GUN.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.