Zakir Fərəcovun əmisi oğlundan qadın sürücüyə ağır söyüşlər – VİDEO

19-04-2019, 19:29           
Zakir Fərəcovun əmisi oğlundan qadın sürücüyə ağır söyüşlər – VİDEO
Sosial şəbəkələrdə kişinin qadını təhqir etməsi ilə bağlı video yayılıb.

Belə ki, xanım sürücü ilə digər bir şəxsin avtomobili toqquşub. Nəticədə avtomobili əzilən şəxs xanımı çox ağır şəkildə təhqir edib. Bundan başqa həmin şəxs qadını vurmaqla hədələyib.

Videodakı həmin şəxs Sumqayıtın icra başçısı Zakir Fərəcovun əmisi oğlu Novruz Fərəcovdur. O, eyni zamanda dövlət məmurunun qaynıdır.

Bundan başqa hadisə Bakıda deyil, Sumqayıtda, dənizkənarı parkın yaxınlığında baş verib. /Yenicag.az/
Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Amma sorğumuza cavab ala bilmədik.
Maraqlı tərəflərin mövqeyini səhifəmizdə işıqlandırmağa hazırıq!
Qeyd etmək istəyirik ki, videonun orqinalında tərbiyəsiz söyüşlər olub və çıxardılıb.
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.