Abşeron rayon icra başçısının Masazır görüşündə ifşa: Siyanfər Əliyevin yeni qanunsuzluğu

20-05-2019, 09:15           
Abşeron rayon icra başçısının Masazır görüşündə ifşa: Siyanfər Əliyevin yeni qanunsuzluğu
Abşeron rayonu Masazır bələdiyyə sədri Siyanfər Əliyevin əməlləri haqda mediada dəfələrlə yazı dərc olunub. Bələdiyyə sədri haqqında cinayətkar qruplarla iş birliyindən tutmuş qanunsuz əməllərinə qədər müxtəlif iddialar səslənib. Bu iddialara rəsmi münasibət bildirilməsə də S.Əliyevin bir çox epizodlar üzrə hüquq mühafizə orqanlarında dindirilməsi ittihamların haqsız olmadığını göstərir. Bələdiyyə sədri haqda son iddia da öz təsdiqini tapmaqdadır. Bildirək ki, cumhuriyyet.az olaraq bu günlərdə dərc etdiyimiz “Siyanfər Əliyev haqda şok dosye: prezidentə saymamazlıq hesabına qurulan imperiya” başlıqlı yazıda “Siyanfər Əliyevin ötən həftə hüquq mühafizə orqanlarına çağrılması və dindirilməsinin ilginc detalları…” cümləsi ilə anons vermişdik. Artıq bu məsələnin bütün təfərrüatları aydınlaşmaqdadır. Bu dəfə Siyanfər Əliyevin qanunsuz əməli geniş ictimaiyyət və dövlət rəsmiləri qarşısında ifşa olunub.


Məlumat üçün bildirək ki, ötən həftə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədovanın növbəti səyyar-qəbul görüşü rayonun ən böyük yaşayış məntəqələrindən olan Masazır kəndində keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib. Abşeron RİH başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənov, Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev və digər natiqlər hesabat xarakterli çıxış edərək son bir ildə gördükləri iş, həyata keçirilən abadlıq-quruculuq işləri haqqında məlumat veriblər. Obyektivlik naminə bildirək ki, xanım icra başçısının mütəmadi keçirdiyi səyyar qəbullar rayon sakinləri tərəfindən razılıqla qarşılanır və bu görüşdə əsasən ümumrayon problemləri qaldırılır. Bu dəfə fərqli situasiya yaşanıb. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə icra başçısı qarşısında pafoslu hesabat verən bələdiyyə sədrinin üzünə törətdiyi əməl açıq şəkildə, özü də icra başçısının yanında deyilib. Həmin şikayətin detalları redaksiyamıza da bəlli olub.
Abşeron rayon sakini Həziyeva Xanımnaz Araz qızı Masazır rayonu ərazisindən torpaq almış, 2011-ci ildə Masazır rayon bələdiyyə sədri Siyanfər Əliyevin 10.08.2011-ci il tarixli 981 saylı Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladığı məktuba əsasən ona 30.11.2011 tarixli 2437 saylı sərəncamla fərdi yaşayış evinin tikilməsinə icazə üçün sərəncam verilmişdir. Bundan sonra vətandaş öz torpağında ikimərtəbəli fərdi yaşayış evi tikmişdir. Amma üstündən illər keçdikdən sonra qəribə olay baş verib. Şikayətçi vətəndaş cumhuriyyet.az-a da ünvanladığı məktubunda bildirir ki, Masazır bələdiyyə sədri onun üzərində ikimərtəbəli evi olan torpağını başqa bir şəxsə 130 min manata satmışdır. X.Həziyyevanın qanuni mülkiyyət hüquqlarını təsdiq edən sənədlər ortada olmasına baxmayaraq həmin mülkiyyətlə bağlı Əliyeva Kübra Şirin qızına aid yeni sənədlər tərtib edilmişdir. Bu məsələni səyyar qəbulda icra başçısı qarşısında qaldıran vətəndaş həm də hüquq mühafizə orqanlarına müraciət etmişdir.
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandrmağa hazırıq!
Teref.az
– Xətai rayonunda 500 dövlət nömrə nişanı ilə qəza törədərək adam öldürən DYP əməkdaşı kim olub?
– Raqub Allahverdiyev bu qəzanı niyə və necə öz üzərinə götürüb?
– Bələdiyyə sədrinin qaynı və əmisi bələdiyyədə necə işə düzəlib
– Masazırda zibil maşınlarının nömrə nişanı olmamasının səbəbləri
– Masazır bələdiyyəsində xaric olan sənədlər kitabında boş yerlər niyə buraxlır?
– Molulova Reyhan necə bələdiyyə üzvü olub?












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.