Qəbələdə vəzifə saxtakarlığı... - İDDİA

19-11-2019, 16:10           
Qəbələdə vəzifə saxtakarlığı... - İDDİA
30 avqustda “Qəbəldə YAP-çı iş adamını kimlər “dəli” etdilər?” başlıqlı bir yazımız getmişdi. Yazıda Qəbələli iş adamı Azər İsmayılova psixi xəstə olması barədə əsassız diaqnozun qoylması barədə məlumat vermişdik. Yazımıza nə Qəbələ RMX-dən, nə də Qəbələnin səlahiyyətli orqanlarından bir reaksiya gəlmədi. Əslində biz Qəbələnin yerli idarəçilərinin hansı ciddi işlərlə məşğul olduqlarını hələ də ayrıd edə bilməmişik. Ölkə başçısı dönə-dönə tapşırıqlar verir ki, “iş adamlarını incitməyin, yerli biznesin inkişafına əngəl olmayın”. Biz nələrə şahid oluruq? Elə Azər İsmayılovun timsalında baxsaq, görərik ki, rayon ilk iş adamlarından biri olmuş Azər bəyin bütün biznesi ona yapışdırılmış “dəli” damğası ilə məhv edilmişdir. Azər İsmayılovun əməkdaşlıq etmək istədiyi əksər qurumlara alt-aradan “o psixdir” mesajı çatdıraraq, adamın iş imkanları heçə endirilmişdir. İşini inkişaf etdirmək məqsədiylə kredit almış olan Azər İsmayılov, bu təsirlər üzündən kreditlərini belə ödəyə bilməmişdir. Çünki kimsə onunla əməkdaşlığı davam etdirmək istəmirdi. Beləliklə Azər İsmayılov böyük zərərə uğradılmışdır. Sual oluna bilər ki, kimlər və nə üçün Azər bəyi “sıradan çıxarmaqda” maraqlı olmuşlar? Bunu anlamaq üçün Qəbələdə iş adamı kimi tanınan şəxslərin fəaliyyətinə baxmaq lazımdır. Az-çox məlumatlı olan hər kəs bilir ki, heç bir adi vətəndaş “İnşaat materialları”nın böyük həcmdə ticarətiylə müstəqil məşğul ola bilmir. Üzdə sahibkar kimi görünənlərin əksəriyyəti əslində bəlli vəzifə sahiblərinin sadəcə “maşasıdırlar”. Əlbəttə bütün bunları sübut etmək əslində bizim imkanlarımız xaricindədir. Lakin el arasında hər kəs bilir ki, hansı obyekt əslində hansı vəzifə sahibinə məxsusdur. Atalarımızın gözəl bir sözü var: “Ağ itin belə pambıq satana zərəri var”. Misalı bizlərdən uzaq, Azər İsmayılov digərlərindən fərqli olaraq sərbəst, kimsəyə maşa olmadan çalışan bir iş adamı idi. O, eyni profilli digər iş adamlarıyla sərbəst rəqabət aparmaqla bir növ onların müştərilərini özünə cəlb edirdi. Bazardakı qiymətlərə təsir edirdi. Ən əsası isə yerli rəhbərlərə xərac belə verməyə razılaşmırdı. Bütün bunlar o vaxtkı RİH başçısı Əlibala Məmmədovu “tədbir görməyə” məcbur edir. Bu məqsədlə öz yaxın dostu, Qəbələ rayon Xəstəxanasının baş həkimi, əslən özü kimi Qərbi Azərbaycandan olan Sabir Alyoşa oğlu Bayramovla məsləhətləşirlər. Əlibala Məmmədovun da təşviqiylə Sabir həkim Qəbələ Mərkəzi Xəstəxanasının o zamankı həkim-psixatırı Fəzail Sadıqovun imzasıyla Azər İsmayılova havadan “dəli” diaqnozu qoyurlar. O hadisədən sonra işləri sürəkli axsayan Azər İsmayılov öz “dəliliyindən” bir də 2018-ci ildə, polisin yazmış olduğu məktub sayəsində xəbər tutur. (Bu barədə əvvəlki məqaləmizdə yazmışdıq). Hadisəylə əlaqədar rayon rəhbərliyi ilə də görüşən A. İsmayılovun şikayətlərinə kimsə əhəmiyyət vermir. Eləcə də bu məsələnin mətbuatda getməsi, ictimailəşməsi də kimsənin vecinə olmur. Hər yerdən ümidini itirən Azər bəy nəhayət ölkə başçısına müraciət etməli olur. Bundan sonra məsələyə Səhiyyə Nazirliyi qarışır. Nəhayət 05 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikası SN Psixi Sağlamlıq Mərkəzindən, Mərkəzin direktoru, Bakı çəhər Baş Səhiyyı İdarəsinin Baş Psixatrı , Tibb elmləri doktoru, professor Fuad İsmayılovun imzasıyla Azər İsmayılova cavab göndərilir. Cavabı məqaləmizin sonuna olduğu kimi əlavə edirik. Tək onu qeyd edim ki, orada deyilir ki, Azər İsmayılova əsassız diaqnoz qoyulmuşdur. Məktubda bu diaqnozun qoyulmasında o dönəmdə qüvvədə olan qanunun da mənfi təsiri olması qeyd edilir. Biz o qanunu da araşdırdıq. Fuad müəllimi səhv çıxarmaq kimi olmasın, lakin həmin qanunun 13-cüdən əvvəlki 12-ci maddəsini oxuduqda aydın olur ki, əslində Sabir həkim və Fəzail həkim həmin qanunun şərtlərini də kobud şəkildə pozmuşlar. Belə ki, orada deyilirdi : “ Ambulator psixiatrik məsləhət və müalicə və reabilitasiya yardımı, o cümlədən dinamik təqib xəstənin istəyi və ya razılığı ilə, xəstə on altı yaşına çatmamışsa və ya əqli vəziyyəti səbəbiylə iradənsini sərbəst ifadə etmək iqtidarında olmadığı hallarda isə qohumları və ya qanuni nümayəndələrinin razılığı ilə həyata keçirilir.” Azər İsmayılov və qohumları isə onun xəstə “olmasından” yalnız 21 il sonra xəbər tuta bimişlər.
Bizimlə söhbəti zamanı Azər İsmayılov, ona qarşı edilmiş bu haqsızlıqla bağlı , o cümlədən ona vurulmuş maddi və mənəzi zərərlərə görə məhkəməyə müraciət etməyə hazırlaşdığını söylədi. Bu haqq işində bütün vicdanlı vətəndaşların, mətbuat işçilərinin ona dəstək olmalarını xahiş etdi. Azər İsmayılov bir YAP üzvü kimi də bunları söylədi:
“Hörmətli prezident İlham Əliyev cənabları ölkə iqtisadiyyatı ilə bağlı bütün çıxışlarında yerli sahibkarlara xüsusi qayğı göstərilməsinin vacibliyini vurğulayır. Bu yöndə tapşırıqlar verir. Lakin yerlərdə Onun əmirlərini birbaşa icra etməli olan məmurlarsa bu göstərişlərin tam əksini icra edirlər. Sabir Bayramov artıq 25 ildir Qəbələ RMX-nin baş həkimidir. Əvvəllər AMİP-çi olmuş Sabir həkimin xəstəxanadakı özbaşnalıqları tək mənə qarşı etdiklərindən ibarət deyil. Təəssüflər olsun ki, Əlibala Məmmədovdan sonra Qəbələyə İH başçısı təyin olunanlar da Sabir həkim və başqa vəzifəlilərin keyfi fəaliyyətlərinə nəinki dur demədilər, əksinə ona daha da rəvac verdilər. Elə indiki İH başçısı Səbuhi Abdullayev də həmin yolu davam etdirməkdədir.“
Bu mövzuya birbaşa dəxli olmasa da qeriyə dönüb Sabir həkim və sabiq İH başçısı Əlibala Məmmədovun əslində DTX üçün araşdırma mövzusu ola biləcək bir əməlini də xatırlatmaq istərdim. Qəbələ rayonunda sovet dönəmindən xeyli erməni məskunlaşmışdı. Ara qarışan zamanlarda Qəbələ mərkəzi arxivinin rəhbərliyi ermənilərə aid bütün sənədləri məhv etdi (şübhəsiz ki, yalnız pul qarşılığında deyil). Lakin ermənilərin kimliyini ortaya qoyacaq əsas arxiv Qəbələ rayon Mərkəzi Xəstəxanasının, doğum şöbəsinin qeydiyyat sənədlərinin saxlanıldığı xəstəxana arxivi idi. Həmin arxiv də elə Əlibala müəllimlə Sabir həkimin ortaq fəaliyyəti sayəsində yandırıldı, izi itirildi. Bu gün Qəbələdə xeyli “azərbaycanlılaşmış” ermənilər var – necə deyərlər ermənilərin yaman gününün yarağı ola biləcək “azərbaycanlılar”
Kiçik bir rayonda gedən oyunlar, baş almış özbaşnalıqlar ölkənin hazırki durumunu əks etdirir. Yerlərdə dövlətə sədaqət, ölkə başçısına sədaqət məhvumu görünür fərqli anlaşılır. Bizlərsə öz vətəndaşlıq görəvimizə sadiq qalaraq, gizlədilmək istənilən xəyanətləri (bəli, qanun-suzluqlara rəvac vermək, xalqı zorla dövlətdən narazı salmaq vətənə xəyanətdir) gün üzünə çıxarmaqda davam edəcəyik. Tanrı yardımçımız olsun.
Xəbərfakt.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.