İmişlidə Sabirin və Nizaminin büstləri təhqiramiz vəziyyətdə (FOTOLAR)

23-11-2019, 00:05           
İmişlidə Sabirin və Nizaminin büstləri təhqiramiz vəziyyətdə (FOTOLAR)
İmişli rayonunda yerləşən parkda Mirzə Ələkbər Sabirin və Nizami Gəncəvinin büstləri xoşagəlməz vəziyyətdədir. Hər iki şairin büstü baxımsız olmaqla yanaşı təhqir edilir.

Bu barədə kulis.az-a şair Şəhriyar del Gerani məlumat verib. O, bildirib ki, Sabirin büstü qoyulan pleydstalın üzərində şairə aid heç nə qeyd olunmayıb. Sabirlə eyni taleyi paylşan Nizaminin büstü isə rayonun ən gözdən uzaq yerində qoyulub:

“Sabirin büstü olan parkda Sabirə aid heç nə yoxdur. Kənardan baxanda adama elə gəlir ki, büst insanlar üçün yox, çayxanalar, dominoxanalar üçün qoyulub. Pleydstalın üzərində heç nə qeyd olunmayıb, eləcə bom-boş qalıb, Sabiri tanımayan uşaqlar da tualet ehtiyacını pleydstala daldalanıb ödəyirlər. Əslində bunları demək mənim üçün çox əzablıdır. Üfunətdən yaxın durmaq olmur Sabirin büstünə. Dəhşətli mənzərədir. İmişlidə isə bircə ədəd də olsun ictimai tualet yoxdur. Biabırçılıqdır. Belə olmamalıydı… Sabirin büstü layiqli yerə daşınmalıdır. Ya da o park çayxanalardan arınmalı, normal parka çevrilməlidir.

Mənə çox maraqlıdır, İcra Hakimiyyəti Nizaminin büstünü niyə gizlədir. Hətta mən yerli adam, 20 min dəfə dolaşmışam İmişlini, ağac-ağac tanıyıram, di gəl, çayxanalar, dönərxanalar arasında büstü güclə tapdım. Bütün İmişli ziyalıları adından, öz adımdan xahiş edirəm bu işə bir əncam çəkilsin. Bu biabırçılıqdan canımız qurtarsın”.

Rayon ərazisində Nizami Gəncəvinin abidəsi də gözdən uzaq yerdə qoyulub. Şəhriyar del Geraninin məlumatına görə həmin abidə də Sabirin büstü qədər bərbad haldadır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.