Göyçayda “Aztelekom”-un binasında barama yetişdirilir – (FOTO)

6-06-2020, 00:04           
Göyçayda “Aztelekom”-un binasında barama yetişdirilir – (FOTO)
Dövlət qurumunun binasında barama yetişdirilir…

Göyçayda dövlət qurumlarının binalarında barama qurdu yetişdirilir.

Fotolardan da aydın görünür ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Göyçay rayon şöbəsinin binasında barama qurdu bəslənilir.

Məlumata görə, şöbənin əməkdaşları rayon ərzisində əkilmiş tut ağaclarından gündəlik olaraq yarpaq toplayır və barama qurdlarını bəsləyirlər. Hətta, buna görə ağacların kəsilməsinə yerli İcra Hakimiyyəti də göz yumur.

Sakinlər bildirib ki, bu cür hallar əvvəllər də mövcud olub.

Onların sözlərinə görə, Göyçayda bir sıra idarə və təşkilatlar ya ipək qurduna görə tələb olunan məbləği ödəməli, yaxud da hər hansı vasitə ilə onu yetişdirməlidirlər.

Sakinlər məhz bu səbəbdən də barama qurdunun dövlət idarələrinin otaqlarında yetişdirildiyini bildirib.(pravda.az)















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru