Ağstafanın icra hakimiyyətinin vəzifəli şəxsinin qardaşında heroin aşkarlandı

26-06-2020, 00:01           
Ağstafanın icra hakimiyyətinin vəzifəli şəxsinin qardaşında heroin aşkarlandı
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyevin qardaşı Babək Hacıyev narkotik maddə olan heroinlə saxlanılıb.

“Report”un Qərb mərkəzinin əldə etdiyi məlumata görə, 1968-ci il təvəllüdlü Babək Hacıyev polisin bu gün keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik maddə ilə saxlanılıb.

Qeyd edilir ki, onun üzərinə baxış keçirilən zaman 4 qram heroin aşkarlanıb. Məlumata görə, icra başçısı müavininin qardaşının avtomobilində də külli miqdarda narkotik maddə aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, iyunun 23-də Ağstafada rayonun Mədəniyyət Evinin direktoru Vaqif Rafiq oğlu Mehdiyevə məxsus narkotik plantasiyası aşkarlanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.