Respublikanın baş ağsaqqalı yolkəsənlik edirsə, dad qarasaqqal əlindən - VİDEO

20-10-2020, 06:01           
Respublikanın baş ağsaqqalı yolkəsənlik edirsə, dad qarasaqqal əlindən - VİDEO
Ağsaqqal iştahası: Eldar Quliyev stadion tikdirməyə pul tapır, döyüşən ordumuza kömək etməyə yox

Ağsaqqal təkcə saqqalı ağarmış qocaya deyilmir. Bir ailənin, elin, cəmiyyətin ən yaxşı və hörmətli adamına, başçısına deyilir. Millət vəkili Fəttah Heydərov dünyasını dəyişəndən sonra Milli Məclisin başqa bir deputatı Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasına sədr seçildi. Hörmətli oxucu elə düşünməsin ki, bu quruma sədrlik edən şəxsin mütləq deputat mandatı olmalıdır. Yox, belə bir şərt yoxdur.

Amma Eldar Quliyev çox fürsətcil ağsaqqaldır. Pandemiyanın tüğyan etdiyi dönəmdə əsasını qoyduğu planı “blits-kriq”lə bitirmək üçün kişi elə bil müharibənin başlanmasını, ölkə rəhbərliyinin və elə hamının – xalqın, cəmiyyətin başının qarışmasını gözləyirmiş kimi, rektoru olduğu Azərbaycan Kooperasiya Universitetinin və kollecinin bayrağı altında ekspansiya siyasəti yürüdərək el arasında “Skaçka” kimi tanınan Atçılıq İdman Mərkəzinin həndəvərini işğal etdi. Adını da qoydu ki, bəs guya Universitetin balansında olan torpaq sahəsi üzərində qapalı stadion inşa etdirir və bu qurğu “uşaq və gənclərimizin sağlam həyat tərzinə cəlb olunması işinə xidmət edəcək”. Və… əcəb də xidmət edir: Artıq məlumat var ki, stadionda bir saat oynamaq üçün idman həvəskarları 1 saatına 30-60 manat ödəməlidirlər.( Bu oyunun vaxtından asılıdır)


Məsələ burasındadır ki, Eldar Quliyevin tikdirdiyi stadion Nəcəf Nərimanov küçəsindəki yolun kənarındakı piyada səkisini də zəbt edib və gediş-gəlişi əngəllənən sakinlər haqlı narazılıqlarını daha yüksək tribunadan eşitdirmək üçün kütləvi informasiya vasitələrinə müraciətlər edirlər. Sovetlərdən ətalət qüvvəsi ilə yalnız adı qalmış “kooperasiya işi təhsilini” ən aşağı reytinqli ali məktəbdə “yaşadan” rektor-deputat-ağsaqqal bu layihəsinə qanuni don geyindirmək üçün 50 illik kif basmış sənədləri nümayiş etdirsə də, ilk əvvəl Nərimanov Rayon İcra Hakimiyyəti futbol meydançasının tikintisini dayandırıb. Sonradan Eldar Quliyev öz nüfuzundan və bəlkə də başqa hansısa təsirli vasitələrdən istifadə edərək, rayon rəhbərliyini yola gətirməyi bacarıb.

İddia mövcuddur ki, Kooperasiya Universiteti stadion inşa edərkən başqa bir sahibkarın hüququnu pozub. Bu və digər məsələlərlə bağlı Universitetin mətbuatla əlaqələr üzrə məsul vəzifəli şəxsinə zəng edib təmsil etdiyi təhsil müəssisəsinin rəhbərliyinin mövqeyini öyrənməyə cəhd etdik. Həmçinin, bizə maraqlı idi ki, “daxili imkanlar” hesabına stadion inşa etməyə yetəcək qədər maliyyə vəsaitini tapan Universitet görəsən döyüşən Ordumuza yardım Fonduna nə qədər köməklik göstərib. Mətbuat katibi verdiyimiz sualların cavabını rektor köməkçisi Qara müəllimdən öyrənib bildirəcəyini vəd etdi. Nəhayət, cavabladı ki, Kooperasiya Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmək üçün yeni başlanan tədris ilinin əvvəlində tələbələrin köçürəcəkləri və rüşvət kimi yığdıqları təhsil haqqlarının toplanmasını gözləyir. Belə başa düşdük ki, tələbələr koronavirus səbəbindən əsasən onlayn rejimdə təhsil aldıqlarına görə, başqa sözlə, müəllimləri, dekanları ilə təmasın azlığı səbəbindən üzləri üzdən utanmadığına görə, yığım prosesi zəif gedir.

P.S. Bu əndrabadi layıhənin hansı məsuliyyətsiz məmuru tərəfindən cızılmasını Nərimanov rayon İcra Hakimiyyətinin Başçısının müavini Şahmar İbadovdan soruşduqda o bildirdi ki, » tikintilər rayon icra hakimiyyətinin əlindən alınıb. Bu tikintinin icazəsinə konkret olaraq Bakı şəhər İcra Hakimiyyəti və Memarlıq Şəhərsalma Dövlət Komitəsi rəsmi icazə verib.

İkitərəfli, 4 metrlik magistral yolun 1 metrini kəsib yenidən piyada yolu salınmasının icazəsinin kim tərəfindən verilməsinin cavabını isə «Azərbaycan Avtomobil Yolları» ASC nə göndərdiyimiz cavabdan sonra yenidən mövzuya qayıdacağıq.

İkitərəfli, 4 metrlik magistral yolun 1 metrini kəsib yenidən piyada yolu salınmasının icazəsinin kim tərəfindən verilməsinin cavabını isə «Azərbaycan Avtomobil Yolları» ASC nə göndərdiyimiz cavabdan sonra yenidən mövzuya qayıdacağıq.


https://youtu.be/SQ9fiKk4_Q0
https://www.youtube.com/watch?v=SQ9fiKk4_Q0
Deryaz.az
Teref.az olaraq qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.