Baş həkim nazirin göstərişinə məhəl qoymur

28-06-2015, 17:22           
Baş həkim nazirin göstərişinə məhəl qoymur
19 iyun 2015-ci il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oqtay Şirəliyev İsmayıllı rayonunda vətəndaşları qəbul etdi.

Qəbulda olan 1992-ci il təvəllüdlü Məhəmmədli Ayşən İntiqam qızı dəmir difsitli anemiya, bipeterioz, boyun ləngiməsi, total formalı alapetiya, xəstəliklərindən əziyyət cəkdiyini nazirin diqqətinə çatdırıb.

Ayşən Məmmədlinin dediyinə görə, qəbulda olarkən cənab nazir İsmayıllı rayon xəstəxanasının baş həkimi Aftandil Rəhimova göstəriş verib ki, şikayətcinin müalicəsi dövlət hesabına həll edilsin. Lakin cənab nazir bu göstərişi icra edilmir. Ayşən xanım dediyinə görə, hec baş həkim A. Rəhimovun qəbuluna düşmək belə mümkün deyil.

"25may 2015-ci il tarixdə İsmayıllı RİH-də başçının qəbulu zamanı baş həkim A. Rəhimov mənə Murad həkimə ünvanladığı, öz imzası ilə təsdiqlədiyi bir məktub verdi. Lakin sonralar " mən belə bir məktub yazmamışam" deyə imtina etdi. Nəzərinizə catdırıram ki, dünən 25 iyun 2015-ciil tarixdə anamla birlikdə Azərbaycan Respublikası MM-nin deputatı cənab Novruzəli Aslanovun da qəbulunda olduq. Çox sağ olsun, çox mülayim qarşılandıq və bizə növbədənkənar yardım olunmasına göstəriş verdi."

Nəzərinizə catdırıram ki, A. Məhəmmədlinin qardaşı da epilepdiya xəstəsidir. Mövzu diqqət mərkəzində saxlanılacaq və nəticəai barədə ictimaiyyətə məlimat veriləcək.

Dosye.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.