QƏBİRİSTANLIQ İDARƏSİNİN OĞLUNUN MƏCARALARI

13-04-2015, 14:35           
QƏBİRİSTANLIQ İDARƏSİNİN OĞLUNUN MƏCARALARI
Cavanşir Tağıyevin gömrükdə işləyən oğlunun macəraları

Qəzetimizin ötən saylarından birində dərc etdiyimizi “Bakıda qəbir yeri bazarı” sərlövhəli tənqidi materialda biz, bu gün paytaxt Bakıya rayon və bölgələrdən gələn insan axınının artmqsı ilə əlaqədar müşahidə olunan qəbiristanlıq problemi barədə söz açmışdıq.Materialda həmçinin Bakı və ətraf qəsəbələrdə yerləşən qəbiristanlıq müdirlərinin mövcud şəraitdən şəxsi mənafeyləri naminə məharətlə istifadə etmələri məsələsinə də toxunulmuşdu.

Məlumdur ki, cənazənin dəfninə dair müəyyən olunmuş islam qaydaları son illər iri şəhərlərdə cəmləşməyə meyilli olan əhalinin qəbir yerlərinə tələbatını da xeyli yüksəldib. Bu tələbat isə öz növbəsində qəbiristanlıq spekulyasiyalarına şərait yaradıb. Daha dəqiq desək, bu gün qəbiristanlıqlarda spekulyasiya obyektinə çevrilən, məzar üçün nəzərdə tutulmuş, təxminən 2,5 kvm-lik torpaq sahəsidir. Bu da sirr deyil ki, Bakıda son illərdə oturuşmuş bir “qəbir yeri bazarı” formalaşıb. Müxəlif mənbələrin iddialarına görə isə bu bazarda istər qiymətlərin müəyyənləşdirilməsi, istərsə də bazarın idarə olunması Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Cavanşir Tağıyev tərəfindən həyata keçirilir. Bu xüsusda aldığımız məlumatlarda da təsdiq olunur ki, paytaxtın və ətraf qəsəbələrin qəbirstanlıq ərazilərində torpaq “satışı” ilə məşğul olan şəxslər, konkret qiymətlərin təklif olunmasında məhz Cavanşir Tağıyevə istinad edirlər. Bakının müxtəlif yerlərindəki qəbiristanlıqlarda isə müxtəlif qiymətlər mövcuddur. Məsələn, Bakıda 200 manatdan 8000 manata qədər qəbir yeri satılır.

Mərkəzdən bir qədər uzaqda yerləşən Biləcəri qəbiristanlığında isə 1 kvadratmetrin qiyməti 400-500 manat arasında dəyişir. Ən yaxşı qəbir yerinin 1 kvadratmetri 800-1000 manatdan ucuz deyil. Belə ki, Badamdar qəbiristanlığında 800-2000 manat, Günəşli qəbiristanlığında bu məbləğ 600-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd qapısı” qəbiristanlığında isə hətta 2000-3000 manat civarında və daha yuxarıdır. Maraqlıdır ki, Cavanşir Tağıyevin mətbuata verdiyi açıqlamalarda qəbir yerlərinin vətəndaşlara pulsuz verildiyi iddia olunsa da, mənbələr Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən hər il mərasim xidmətlərinin, eləcə də qəbir “götürmək” üçün tələb olunan inşaat materiallarının qiymətlərinin qaldırılaraq, ölü sahiblərinin çətin durumda qoyulduğunu bildirirlər.Bütün bunlardan başqa isə redaksiyamıza daxil olan məlumatlarda Cavanşir Tağıyevin oğlu Tural Tağıyevin də işlədiyi Sumqayıt Gömrük İdarəsində yol verdiyi müxtəlif qanun pozuntularına dair açıqlamalar təqdim olunur. Artıq qeyd olunduğu kimi Tural Tağıyev Sumqayıt Gömrük İdarəsində məsul vəzifələrdən birini tutur. Lakin bu gənc məmurun davranışı, üstünlük verdiyi həyat tərzi daha çox son vaxtlar mətbuat səhifələrində gündəmə gətirilən bəzi yüksək çinli dövlət məmurlarının yolunu azmış övladlarının əməllərini xatırladır.

Bu xüsusda aldığımız məlumatda bildirilir ki, bir müddət əvvəl Tural Tağıyevin nigahdan kənar bir övladı dünyaya gəlmişdir. Bəlkə də bu fakt özü-özlüyündə elə də böyük qalmaqala səbəb olmazdı. Lakin məsələ bundadır ki, Tural Tağıyev bu qeyri-qanuni övladına sahib çıxmaqdan imtina edir. Bu isə artıq razılaşın ki, nə insanlığa, nə də müsəlmançılığa qətiyyən yaraşmayan bir hərəkətdir. Amma məsələnin mahiyyətinə varsaq, guya ki, qəbir yerlərini insanlara qanı bahasına satıb pul qazanmaq müsəlmana yaraşan bir əməldir? Odur ki, Cavanşir Tağıyevin qəbir biznesinin gəlirləri ilə böyüyüb, boya- başa çatmış Tural Tağıyevdən də bundan artıq hərəkət gözləmək heç düzgün də deyil...

Mövzuya qayıdacağıq və məqalədə adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. ./bizimdovr/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.