BAKI AUKSİON MƏRKƏZİNDƏ HƏRRACARI NİYƏ TƏXİRƏ SALINIR? - İNSANLARDAN ALINAN BEH HARA YOXA ÇIXIR?

16-04-2015, 16:22           
BAKI AUKSİON MƏRKƏZİNDƏ HƏRRACARI NİYƏ TƏXİRƏ SALINIR? - İNSANLARDAN ALINAN BEH HARA YOXA ÇIXIR?
Əmlak Məsələləri üzrə Dövlət Komitəsində hərraclar mütəmadi olaraq təxirə salınır. Xususilə də aprel ayında keçirilməsi nəzərdə tutulan 3 hərrac təxirə düşüb. GUNDEMİNFO.AZ-a məlumat verən hərracda iştirak etmək istəyən vətəndamşlardan biri bildirib ki, onlara hərracların vaxtı barədə rəsmi saytda məlumat vverilsə də, iştirak etmək istədikdə hər dəfə məlum olmayan səbəblər üzündən hərraclar təxirə düşür. Vətəndaşlar bildirir ki, onlar Bakı Auksion Mərkəzində keçirilən hərraclarda iştirak etmək üçün öncədən banka hərraca çıxarmlış mal və məhsulların ilkin qiymətinin 10 faizini ödəyirlər. Hərracda iştirak etmək istədikdə isə müxtəlif vaxtlara təxirə salınmalar olur. Hərraclar baş tutmadığından satışa çıxarılan malların satışı da çətinləşir. Nəticə etibarilə də banka ilkin olaraq iştirak hüququ qazanmış şəxslərin köçürdükləri 10 faiz beh geri qayıtmır. Hətta aylarla behini geri ala bilməyən vətəndaşlar çıxış yolu tapa bilmirlər.

GUNDEMİNFO.AZ-a şikayətçi düşən vətəndaşlar deyirlər ki, hərraclara çıxarılan mal və məhsulların adı barədə informasiyalar vverilsə də digər göstəriciləri ilə bağlı heç bir bilgi verilmir. Bununla da tutaq ki, auksionda satışa təqdim edilmiş avtomobilin istehsal ili, markası yazılsa da, praktiki olaraq onu görmək mümkün olmur.

Qeyd edək ki, aprel ayında Bakı Auksion Mərkəzində 4 auksion keçirilməsi barədə rəsmi saytda https://www.e-emdk.gov.az/musadire/Faq.aspx informasiya verilib. Hələlik bu hərraclardan neçəsinin baş tutduğu barədə heç bir rəsmi bilgi və ya hesabat xarakterli informasiya əldə etmək mümkün deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.