Bakıda kollecdə rəzalət

22-09-2018, 21:10           
Bakıda kollecdə rəzalət
Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən onun ağırlığını, məsuliyyətini və peşə xüsusiyyətlərinin çətinliyini nəzərə almaq lazımdır. Pedaqoji sahədə çalışan hər bir müəllim xüsusi peşə qabiliyyətlərinə malik olmalıdır ki, bunların da sırasında didaktik qabiliyyət, ünsiyyət, təşkilatçılıq, yaradıcılıq və emosianal qabiliyyətlər mühim yer tutur.Müəllim ilk öncə akademik savada malik olmalıdır. Müəllim səbirli olmalı, hislərini cilovlamağı bacarmalı, ciddilik ilə mərhəməti, mülayimliyi düzgün şəkildə uzlaşdırmalıdır. Bütün bu xüsusiyyətlərə sahib olmaq üçün müəllim daim öz üzərində çalışmalı, özünümarifləndirmə ilə məşğul olmalıdır.
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi 61 - də yerləşən Bakı Dövlət Sosial İqtisad Kollecində heç bir qanuna və əxlaq normalara sığmayan vəziyyət adının çəkilməyini istəməyən şikayyətçi tələbənin narahatlığına səbəb olub. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi 61 - də yerləşən kollecin binasında bəzi meəllim heyyətinin yaratdığı gizli əxlaqsızlıq yuvası fəaliyyət göstərir. Bu Kollec dərs zamanı səhər saatlarından sonuncu dərs saatına qədər fəaliyyət göstərdiyindən tələbə qızların həaytını gələcəyini təhlükəyə atır.
Kollec binasının daxilində baş verən bucür hallar bzim redaksiyaya müraciət edən adının açıqlamasını istəməyən tələbənin dediyinə görə digər tələbələrin də həyatına narahatlıq yaradır. Ən dəhşətlisi isə budur ki, Kollecin daxilində baş verən bucür neqativ hallar direktorun gözündən yayınmasıdır. Bəlkə də, direktorun bu baş verənlərdən xəbəri var. Xüsusən qeyd edim ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi 61 - də yerləşən Bakı Dövlət Sosial İqtisad Kollecinin tələbələri hər gün dərsə getməli olurlar.
Tələbənin unvanladığı şikayəti əsasında əraziyə baş çəkib, “KOLLECİN” ətrafında və daxilində baş verənləri araşdıraraq müşahidə apardıq. Əldə etdiyimiz video kadrlar yuxarıda qeyd etdiylərimizi bir daha təsdiq edərək tələbə və muəllim arasında yaranan müəllimin tələbəyə etdiyi sevgi, eşq etirafları və digər təkliflər bununla yanaşı eyni zamanda iyrənc əməllərin şahidi olaraq vəziyyətin nə qədər dəhşətli olmasının bir başa şahidi olduq.
Bir sözlə, bu adı çəkilən kollec tələbələrin tərbiyəsinə birbaşa mənfi təsir götərir.
Biz çalışmalıyıq ki, təhsil sistemindən bu kimi əxlaqsızlıq edən müəllimləri kənarlaşdıraq. Bunlar sağlam gələcəyimiz və eyni zamanda cəmiyyətimiz üçün təhlükəlidirlər. Bir sözlə, bunların qarşısını vaxtında almaq lazımdır.
Uşaqlar bizim gələcəyimizdir, onları qorumaq da bizim üzərimizə düşür. Xahiş edirəm ki, aidiyyatı qurumlar və ali hakimiyyət orqanları bu barədə ciddi ölçü götürsünlər”.

Tezliklə sizə yuxarıda adı çəkilən kollecdə təhsil alan tələbənin verdiyi şikayyət əsasında "Realnewsinfo.com" xəbər portalının əməkdaşlarının apardıqı araşdırmaların video görüntüləri danışacaq.

Problemin varlığını və eləcədə bütünlüklə bu məsələləri diqqətimizdə saxlayacağıq.

XƏBƏRİN ARDI VAR !!!

Yazıda adı çəkilən kollecin direktorunun və muəllim heyyətinin fikirlərini dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.