Primakovun dostundan şok iddia: “Şərt qoydu ki, çevrilişə kömək etsəniz...”

29-01-2020, 10:06           
Primakovun dostundan şok iddia: “Şərt qoydu ki, çevrilişə kömək etsəniz...”
Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş agenti Leonid Medvedko Türkiyənin sabiq baş naziri Adnan Menderes barədə sensasion iddia irəli sürüb.

Teleqraf.com xəbər verir ki, Medvedko bir qrup istefada olan türk zabitin o zamankı baş nazir Adnan Menderesin devrilməsi üçün Moskva rəhbərliyindən yardım istədiyini bəyan edib. O, xəritələr müqabilində Sovet hökumətinə belə bir təklif irəli sürüldüyünü iddia edib.

Yazar və hərbi tərcüməçi olan 91 yaşlı Leonid Medvedko 1956-cı ildə Sovet İttifaqının Türkiyə sərhəddinə yaxın böyük ərazidə hərbi təlim keçirmək üçün təcili Türkiyənin hərbi xəritələrini axtardığını söyləyib. Onun sözlərinə görə, belə xəritələrin tapılması barədə tapşırıq ona verilib. O, həyat yoldaşını müalicə edən ordudan uzaqlaşmış diş həkimi kimi çalışan türk polkovniklə tanış olduğunu deyib.

“Əvvəlcə araşdırma apardım. Həmin şəxs haqda məlumatlar əldə elədim. Dəfələrlə onunla kafeyə getdik, müxtəlif mövzularda söhbət elədik. Nəhayət, keçmiş polkovnikin xəritələri tapmaqda kömək edə biləcəyini başa düşdüm. Əlbəttə, pul qarşılığında! Türkiyə Baş Qərargahının xəritələrini axtardığımı açıq şəkildə bildirdim”, - deyə agent bildirib.

O, təqaüddə olan polkovnikin xəritələrin müqabilində Sovet İttifaqına bir təklif irəli sürdüyünü iddia edib: “Onun beynində başqa məsələlər vardı. Bir çox türk zabiti kimi o da həmin dövrdəki baş nazir Menderesə nifrət edirdi. Mənə “Menderesin devrilməsinə kömək eləsəniz, xəritələr sizindir” dedi. Mənsə ona türk baş naziri devirməyin bizim işimiz olmadığını söylədim”.

Medvedko polkovniklə söhbətin QRU-nun Türkiyədəki kəşfiyyat rəhbəri tərəfindən Moskvaya çatdırıldığını xatırladıb: “QRU Sovet İttifaqının dövlət çevrilişinə cəhd vasitəsilə Türkiyədəki siyasi hesablaşmalara sürükləmək niyyətinin Türkiyə kəşfiyyatının planı ola biləcəyi qənaətində idi.

Mənə sabiq polkovniklə münasibətlərə təcili surətdə son qoymaq təlimatı verildi. Moskvadan gələn təlimatlara baxmayaraq riskə getdim, həmin şəxs vasitəsilə xəritələri ələ keçirmək üçün fəaliyyətimi davam etdirdim. Nəhayət, pul qarşılığında istefada olan polkovnikdən İstanbulda bir limanın baqajında ümumilikdə 400 səhifəlik xəritələri aldım və Moskvaya çatdırdım.

Xəritələri götürməyə gedəndə çox həyəcanlı idim, bu, tələ ola bilərdi, amma tələ deyilmiş. Hətta 400 səhifənin içində Suriyanın xəritələri də vardı".

Bəzi ölkələrdə jurnalist kimi Medvedko Sovet İttifaqının Ankaradakı səfirliyində hərbi attaşenin tərcüməçisi, SSRİ mərkəzi kəşfiyyat xidmətinin rəhbəri Yevgeni Primakovun yaxın dostu olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.