Paşinyandan şok bəyanat: Respublikaçılarla işləyəcəyik

10-12-2018, 07:42           
Paşinyandan şok bəyanat: Respublikaçılarla işləyəcəyik
Dövlət aparatında indiyə qədər işləyənlər arasında Respublikaçılar Partiyasının üzvləri heç də az deyil.

Axar.az xəbər verir ki, bu sözləri seçkinin ilkin nəticələri elan olunduqdan sonra Mənim Addımım Blokunun qərargahına gələn Nikol Paşinyan deyib. Paşinyan bildirib ki, hazırda Ermənistanda icra nümayəndəsi və mer vəzifələrinin 90%-ni RP üzvləri tutur.

“Orta səviyyədəki vəzifələrdə də Respublikaçılar çoxdur. Buna baxmayaraq, dövlət aparatında heç kəs heç bir təmizləmə aparmaq fikrində olmayıb və seçkidən sonra da aparılmayacaq”, - Paşinyan deyib.

Qeyd edək ki, 9 dekabrda keçirilən seçkilərin ilkin nəticəsinə görə, N.Paşinyanın seçki bloku yüksək səs çoxluğu ilə liderlik edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.