Vanqadan 2019-cu il proqnozları: Putin sui-qəsdə uğrayacaq, Tramp xəstələnəcək

11-12-2018, 13:00           
Vanqadan 2019-cu il proqnozları: Putin sui-qəsdə uğrayacaq, Tramp xəstələnəcək
Dünyanın ən böyük və ən sirli kahinlərindən biri olan “Balkanların Nostradamusu” ləqəbli Vanqanın 2019-cu il üçün verdiyi proqnozlar ortaya çıxıb.
Open.az "The Sun"a istinadən xəbər verir ki, sui-qəsd nəzəriyyəçiləri tərəfindən keçmişdə etdiyi hər bir yozumu hadisəyə çevrilən Vangaya görə 2019-cu il çox ağır keçəcək.
Təxminən 20 il əvvəl ölməsinə baxmayaraq, gələcəklə bağlı proqnozları hələ də danışılan kahinə görə Avropada iqtisadiyyat gələcək 12 ay içərisində çökəcək.
Dünyada “Ata Vanqa” kimi tanınan öncəgörənin proqnozlarını dəyərləndirən ekspertlər Rusiya prezidenti Vladimir Putinin sui-qəsdə məruz qalacağını iddia edib. Putinin mühafizəçilərindən birinin təcavüzünə məruz qalacağını iddia edən Vanqanın proqnozunda onun ölüb-ölməyəcəyinə dair bir açıqlama verilməyib.
2004-cü ildə Hind Okeanında baş verən zəlzələ və sunamidə 230 mindən çox insanın həyatını itirdiyi təbiət fəlakətin bir oxşarının Asiyada baş verəcəyini söyləyən Vanganın proqnozları bununla da bitməyib.
O, ABŞ prezidenti Donald Trampın xəstələnəcəyini, kar olacağını və beyin travması keçirəcəyini irəli sürüb.
Qeyd edək ki, Vangelia Pandeva adı ilə dünyaya gələn və qısa müddətdə proqnozlarıyla Bolqarıstanda şöhrətə qovuşan "Ata Vanqa" 1996-ci ildə 85 yaşında həyatını itirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.