Xocalı qatili erməniyə Gürcüstanda abidə qoyuldu

23-01-2019, 22:23           
Xocalı qatili erməniyə Gürcüstanda abidə qoyuldu
Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixeil Avagyanın abidəsi ucaldılıb.

DiasporPress xəbər verir ki, Axalkalakinin buqaşen kəndində ucaldılan abidənin açılış mərasiminə Ermənistan və Gürcüstan rəsmiləri iştitak ediblər.

Açılış mərasimində Gürcüstan rəsmiləri- Akhalkalaki Bələdiyyə Başçısı Yurik Hunanyan, Bələdiyyə sədri Nairi İriçyana, Hakimiyyət orqanları, habelə millət vəkilləri Enzel Mkoyan və Samvel Manukyan eləcədə Ermənistanın fövqaladə və səlahiyyətli səfiri Ruben Sadoyan iştirak ediblər.

Qarabağda öldürülən Mixail Avagyanın Buqaşen kəndindəki abidəsinin və onun ətrafında salınan oyun meydançasının inşasına erməni diasporu iş adamı Gagika Avagyan maddi dəstək olub.

Mixail Avagyan Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində doğulsada Qarabağ müharibəsi başlayan zaman Horadiz, Xocalı, Hadrut və Fizuli istiqamətlərində döyüşlərdə iştirak edib, kobra ləqəbli ilə tanınmışdır. O, Azərbaycanlılara qarşı qəddarlığı ilə tanınıb.

Məsələylə bağlı Azərbaycanın Gürcüstandakı səfirliyi susur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.