«ABŞ humanitar yardımı zəhərləyib…» – Maduro

16-02-2019, 00:00           
«ABŞ humanitar yardımı zəhərləyib…» – Maduro
Venesuelanın prezidenti Nikolas Maduro bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) humanitar yardımı zəhərləyib və o, istehlak üçün yararsızdır. Bu barədə xəbəri «Euronews» yayıb.

Maduronun sözlərinə görə, ərzaq məhsulları konserogen kimyəvi maddələrlə zənginləşdirilib və onların istehlakı qida zəhərlənməsinə səbəb ola bilər.

Maduro əmindir ki, ABŞ və Venesuela müxalifəti ölkəni aşağılamaq məqsədilə əhaliyə humanitar yardım təqdim etmək isiəyirlər, amma ölkə özü öz qayğısına qala bilər.

Məlumat üçün bildirək ki, fevralın 10-da Kolumbiyanın Kukuta şəhərinə Venesuela vətəndaşları üçün humanitar yardımın ilk partiyası gətirilib. Ancaq Maduro hərbçilərə Kolumbiya ilə sərhədi bloklamaq və ərzaqla dolu yük maşınlarını ölkə ərazisinə buraxmamaq əmri verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.