ABŞ daha iki ölkədə hakimiyyəti dəyişməyə hazırlaşır

23-02-2019, 08:59           
ABŞ daha iki ölkədə hakimiyyəti dəyişməyə hazırlaşır
ABŞ təkcə Venesuelada yox, daha iki ölkədə-Nikaraquada və Kubada da hakimiyyəti dəyişmək istərdi. Virtualaz.org xəbər verir ki, belə bəyanatla ABŞ dövlət katibi Mayk Pompeo “Telemundo” telekanalına müsahibəsində çıxış edib.

Jurnalist Pompeodan soruşub: ABŞ-ın Nikaraqua və Kubadakı qeyri-demokratik rejimlərlə də mübarizə aparmaq niyyəti varmı?

Dövlət katibi bu suala müsbət cavab verib. “Biz etiraf edirik ki, həmin ölkələrin hökumətləri öz xalqlarına zülm edir, onlarla qəddar davranır, real təhdid təşkil edir: təhlükəsizliyə təhdid, şəxsiyyətə təhdid. İnsanları əsas azadlıqlardan məhrum edirlər”-ABŞ xarici siyasət idarəsinin rəhbəri deyib.

Pompeo qeyd edib ki, prezident Donald Trampın administrasiyası təkcə Venesuelada yox, həmin ölkələrdə də “müsbət nəticələrin əldə edilməsi” üzərində işləyir.

Bundan əvvəl Trampın milli təhlüksizlik müşaviri Con Bolton tezliklə Nikaraquda Daniel Orteqanın sosialist rejiminin devriləcəyini elan edib. Bolton belə bəyanatla Nikaraquda təhlükəsizlik qüvvələrinin yüzlərlə nümayişçini qətlə yetirməsi ilə bağlı çıxış edib.

Yanvarın 23-də Venesuelada müxalifət lideri və parlamentin spikeri Xuan Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib. ABŞ başda olmaqla onlarla ölkə onu müvəqqəti prezident kimi tanıyıb. Lakin Rusiyadan dəstək alan diktator Nikolas Maduro hələ ki hakimiyyəti əldən vermək istəmir və ordunun dəstəyi ilə hakimiyyətdə qalmağa çalışır.

Donald Tramp hakimiyyətə gələndə elan etmişdi ki, ABŞ daha başqa ölkələrin daxili işlərinə qarışmayacaq və hakimiyyətlərin dəyişdirilməsinə çalışmayacaq.

Virtualaz.orgшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.