“Qaz və işıq limitləri azı 2 dəfə artırılsın, insanlar ödəyə bilmirlər” – Deputat

23-04-2019, 16:24           
“Qaz və işıq limitləri azı 2 dəfə artırılsın, insanlar ödəyə bilmirlər” – Deputat
Azerbaycanrealligi.com xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında qaz və işıqla bağlı limitin artırılması təklif olunub.

Bununla bağlı çıxış edən deputat Fazil Mustafa qeyd edib ki, insanlardan bununla bağlı təkliflər gəlir və onlar limitin artırılmasını istəyirlər: “Mən təklif edirəm ki, bu limitlər ən azı iki dəfə artırılsın. Xüsusən də həyət evlərində yaşayanlar imkansızdırlar və onlar borcu ödəyə bilmirlər. Oqtay müəllim, xahiş edirəm ki, bu məsələni gündəliyə salasınız və yuxarı orqanlarla bu məsələni razılaşdırıb həllinə nail olasınız”.

Eyni zamanda, deputatlar Qənirə Paşayeva və Tahir Kərimli də həmkarının təkliflərini dəstəkləyib.

T. Kərimli limitin ən azı bir və ya bir yarım artırılmasını təklif edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru