ABŞ "Hizbullah" ilə əlaqədar şəxslər barəsində sanksiyalar siyahısını genişləndirib

25-04-2019, 07:46           
ABŞ "Hizbullah" hərəkatı ilə əlaqədar sanksiyalar siyahısına iki nəfər və üç təşkilatı daxil edib.
ABŞ "Hizbullah" ilə əlaqədar şəxslər barəsində sanksiyalar siyahısını genişləndirib
Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən bəyanatda deyilir.

Bildirilir ki, sanksiyalar siyahısına Belçika vətəndaşı Vael Bazzi, Livan vətəndaşı Həsən Tabaci, Böyük Britaniyada qeydiyyatdan keçmiş "BSQRD Limited" şirkəti və Belçikada qeydiyyatdan keçmiş "Voltra Transcor Energy BVBA" və "OFFISCOOP NV" şirkətləri daxil edilib.

Maliyyə Nazirliyinin məlumatında deyilir: "Həsən Tabaci və Vael Bazziyə qarşı sanksiyalar tətbiq etməklə ABŞ administrasiyası "Hizbullah"ın maliyyə dəstəyinin qarşını almağa davam edir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.