MDB-də ən az pensiyaçı da Azərbaycandadır, təqaüd də… – Ekspert açıqladı

21-05-2019, 00:01           
MDB-də ən az pensiyaçı da Azərbaycandadır, təqaüd də… – Ekspert açıqladı
“Azərbaycanda pensiyaçıların sayı az, təqaüdün məbləği isə aşağıdır”. Bunu iqtisadçı ekspert Qubad İbadoğlu özünün “facebook” hesabından paylaşdığı yazıda bildirib.

“AzPolitika.info”nun məlumatına görə, ekspert MDB ölkələri ilə müqayisə apararaq, bu qənaətə gəlib. Onun sözlərinə görə MDB Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda hər 1000 nəfərə 130, Ermənistanda 154, Qazaxıstanda 157, Moldovada 200, Ukraynada 264, Belarusda 273, Rusiyada 296 pensiyaçı düşür: “Diqqət edin demək olar ki, əhalisinin sayı Azərbaycanla eyni olan Belarus 2 milyon 594 min təqaüdçüyə və ya əhalinin 26 faizinə, Azərbaycan isə 1 milyon 299,5 min təqaüdçüyə (2018-ci ildə ölkədə təqaüdçülərin sayı 20.9 min nəfər azalıb) və ya əhalinin 13 faizinə pensiya verir.
Amma buna baxmayaraq Azərbaycanda əmək pensiyalarının orta məbləği Rusiydan 2 dəfə, Qazaxıstan və Belarusdan isə 1,5 dəfə azdır. Sonra da deyirlər ki, dünyada ən inkişaf etmiş iqtisadiyyat, ən ədalətli sosial qayğı Azərbaycandadır”.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.