Ağdamın işğal günü BMT qarşısına aksiya təyin edildi

11-07-2019, 07:36           
Ağdamın işğal günü BMT qarşısına aksiya təyin edildi
Avropada yaşayan bir qrup soydaşımızın təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Almaniyanın Bonn şəhərində yerləşən nümayəndəliyi qarşısında Qarabağ aksiyası keçiriləcək. Bu barədə AzEuroNews.com-a İsveçdə yaşayan həmvətənimiz Kənan Hacıəkbəroğlu məlumat verib.

Onun sözlərinə görə, etiraz aksiyası yerli hakimiyyət orqanları ilə razılaşdırılıb: “Aksiya Ağdamın işğalının növbəti ildönümü ilə bağlı iyulun 20-də, yerli vaxtla saat 13.00 -dan 15.00-dək keçiriləcək. Aksiyanın təşkilatçıları əsasən Avropada yaşayan ağdamlılardı. Onlar bütün soydaşlarımızı, Qarabağsevərləri aksiyada fəal iştiraka dəvət edir”.

Məlumat üçün qeyd edək ki, aksiya “Platz der Vereinten Nationen 1, 53113 Bonn” ünvanında keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.