"Konqresin qəbul etdiyi son qanun düzəlişləri heç bir önəm kəsb etmir” - Deputat

12-07-2019, 20:23           
"Konqresin qəbul etdiyi son qanun düzəlişləri heç bir önəm kəsb etmir” - Deputat
“ABŞ Konqresində Azərbaycanın əlehinə ardıcıl surətdə qanunların qəbul edilməsi ilk belə hal deyil. Qarabağ münaqişəsi başlayandan bu yana dəfələrlə ABŞ konqresində bu tipli müxtəlif qanun və düzəlişlər qəbul edilib. Lakin bununla belə Konqresin qəbul etdiyi son qanun düzəlişləri heç bir önəm kəsb etmir”.

Bu barədə Eurasia Diary-ə açıqlamasında Milli Məclisin deputatı Əflatun Amaşov ABŞ Konqresinin Dağlıq Qarabağla bağlı qəbul etdiyi düzəlişlərə münasibət bildirərkən deyib.

Deputat Konqresin addımını pisləməklə yanaşı, bu məsələdə qəbul edilən düzəlişləri əhəmiyyətli bir hadisə kimi qiymətləndirmədiyini deyib. "Çünki bu düzəliş problem barədə irəli sürülən fikir, bəyanat hökmündədir” – deyə millət vəkili əlavə edib.

Sözügedən düzəlişin ABŞ-Azərbaycan münasibətlərinə ciddi təsir göstərməyəcəyini vurğulayan Ə.Amaşov iki dövlət arasındakı münasibətlərin strateji əməkdaşlıq və qarşılıqlı maraqlara əsaslandığını və liderlər səviyyəsində sağlam münasibətlərin qurulduğunu qeyd edib. Amaşovun sözlərinə görə bu tipli lobbi sifarişli qərarlar ABŞ-Azərbaycan əməkdaşlığına zərər vura bilməz.

Qeyd edək ki, ABŞ konqresi son bir həftə ərzində ardıcıl olaraq iki dəfə Qarabağ probleminə dair Azərbaycanın əlehinə qanun düzəlişləri qəbul edib. Bu düzəlişlərdən ilki Dağlıq Qarabağda atəşkəs rejimini möhkəmləndirməyi, digəri isə Xankəndində yerləşən hava limanına uçacaq mülki aviasiya vasitələrinə Azərbaycan tərəfindən daim təhlükə törətməsinin qarşını almağı özündə ehtiva edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.