Azərbaycana mühacirət etmək istəyən kimlərdir?

19-07-2019, 15:50           
Azərbaycana mühacirət etmək istəyən kimlərdir?
Xəbər verdiyimiz kimi, dünən Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatında kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə bu ilin 6 ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin I yarımilində ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 6 faiz, ölkədə müvəqqəti yaşanlarda 0.4 faiz, iş icazəsi alanlarda 14 faiz artım müşahidə olunur.

“Yeni Sabah” xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli bu məsələ ilə bağlı fikirlərini sosial şəbəkədə ifadə edib.

“Miqrasiya xidməti fəxrlə açıqlama yayıb ki, Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı artıb, bu sözlər sosial şəbəkələrdə müzakirə olundu, amma diskussiya dərinə işləmədi, zarafata salındı.

Azərbaycanda daimi yaşamaq istəyənlərlər arasında Əfqanıstan, İraq, Pakistan vətəndaşları üstünlük təşkil edir. Bu təbii haldır, çünki "Maslou piramidasının" ilk pilləsinə görə onlar üçün Azərbaycan cənnətdir - sabitlikdir, sakitçilikdir, az maaşlı olsa da iş tapmaq olur. Amma onlar Azərbaycana nə verir, ölkənin inkişafına dəstək ola bilərlərmi - əsas sual budur.”

Ekspert Azərbaycanda yaranan beyin axını ilə əlaqədar həyəcan təbilinin çalınmasını məsləhət görüb: “Məmləkətdən illərdir ciddi beyin axını var, özünü burada realizə edə, potensialını aça bilməyən təhsilli, ambisialı gənclər, insanlar ölkədən sürətlə köçürlər, bizə isə sabitliyi və sakitçiliyi dəyər kimi görən 3-cü dünya ölkələrindən köç gəlir. Bu məncə, fəxr mənbəyi deyil də, düşünmək üçün səbəbdir....”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.