“Azərbaycan Səfirliyi tərəfindən ölkə vətəndaşlarına çox ciddi problemlər yaradılır” – VİDEO

24-07-2019, 08:01           
“Azərbaycan Səfirliyi tərəfindən ölkə vətəndaşlarına çox ciddi problemlər yaradılır” – VİDEO
“Son vaxtlar Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən ölkə vətəndaşlarına çox ciddi problemlər yaradılır. Bu problemlə üzləşənlər Azərbaycanda doğulub doğum haqqında şəhadətnamə ilə, valideynlərinin pasportuna şəklinin yapışdırılması ilə Almaniyaya gətirilənlər, və Almaniyada doğulan uşaqlardır”. Bunu AzEuroNews.com-a açıqlamasında Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyev söyləyib. Onun sözlərinə görə, mövcud Azərbaycan qanunvericiliyinə görə, həmin uşaqlara görə Azərbaycan Səfirliyinə müraciət edilməlidir. Səfirlik ilk olaraq onlara fərdi identifikasiya vəsiqəsi çıxarmalıdır. Daha sonra ümumvətəndaş pasportunun verilməsi üçün səndlərini qəbul etməlidir: “Təsəvvür edin, mənə müraciət edən və dörd dəfə səfirliyə gedib-gəlmiş bir ailəni, hər dəfə 500 kilometr yol qət edirlər, hər dəfə bir sənəd bəhanə gətirib geri qaytarırlar. Hesab edirəm ki, Azərbaycan Səfirliyi bizim çağırışlarımıza diqqətlə qulaq asmalıdır. Səfirlik Almaniyada doğulmuş və ya Azərbaycadan doğum haqqında şəhadətnamə ilə gətirilmiş uşaqlara “Azərbaycana gedib pasport almalısan” bəyanatı verməli deyil. Həmin şəxslərə qanunun aliliyini təmin etməklə əvvəlcə fərdi identifikasiya nömrəsi sonra isə, Azərbaycan Respublikasının ümumvətəndaş pasportunu verməlidir”.

Hüquqşünasın sözlərinə görə, Almaniyada yaşayanlar Azərbaycan Səfirliyinə gedəndə öz hüquqlarını bilməli, bu barədə olan qanunları oxumalıdırlar: “Səfirliyin saytına girib orada yazılan və tələb olunanları oxuyub sonra gedib müraciət etməlidirlər. Əks halda bu cür problemlər davam edəcək. Vətəndaş özü öz hüququnu bilməsə, başqa cür onlara yardım etmək mümkün olmayacaq”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.