FED il ərzində ikinci dəfə uçot dərəcəsini azaldıb

19-09-2019, 00:00           
FED il ərzində ikinci dəfə uçot dərəcəsini azaldıb
ABŞ-ın Mərkəzi Bankı funksiyasını həyata keçirən Federal Ehtiyat Sistemi (FED) il ərzində ikinci dəfə uçot dərəcəsini azaldıb.

BakuPost "RİA Novosti"yə istinadən xəbər verir ki, sentyabrın 17-18-də keçirilən iclasın nəticəsinə əsasən illik baza faiz dərəcəsi 2-2,5 faizdən 1,75-2 faizə endirilib.

Qərar analitiklərin əksəriyyətinin proqnozları ilə üst-üstə düşüb. FED bir qədər əvvəl də uçot dərəcəsini 0,25 faiz azaldaraq 2,25-2,5%-dən 2-2,25%-ə endirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.