ABŞ və Avropa təhlükədədir, birləşməliyik - Putin

15-11-2019, 08:44           
ABŞ və Avropa təhlükədədir, birləşməliyik - Putin
Suriyada istədiyimizə nail olduq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

Putin qeyd edib ki, Dəməşqin qanuni hökumətini aktiv şəkildə dəstəkləməyə başladıqdan sonra Suriyanın 90 faizi terrorçulardan təmizlənib:

"Bütün ölkələr terrorçuların Suriyanı tərk edərək onların ərazilərinə keçmək təhlükəsi ilə üz-üzədir. Bu risk xüsusilə Avropa ölkələri üçün keçərlidir. ABŞ üçün də belə bir təhlükə var. Bütün ölkələr təhlükədədir, buna görə səylər birləşdirilməlidir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.