Yunanıstanın baş naziri Liviya ilə bağlı qərara veto qoymaqla hədələyib

17-01-2020, 08:51           
Yunanıstanın baş naziri Liviya ilə bağlı qərara veto qoymaqla hədələyib
Dəniz zonalarının ayrılması ilə bağlı Türkiyə və Liviya arasında imzalanan memorandum qüvvədən düşməsə Yunanıstan, Berlində keçiriləcək Liviya sammiti ilə bağlı qəbul ediləcək siyasi qərarlara veto qoyacaq.

“Report” RİA “Novosti” yə istinadən xəbər verir ki, bu sözləri “Alpha” telekanalına müsahibəsində Yunanıstanın baş naziri Kiriakos Mitsotakis deyib.

Baş nazir ölkəsinin Liviya nizamlanmasına dair Berlindəki sammitə dəvət edilməməsini müsbət qarşılamayıb.

Onun sözlərinə görə, Yunanıstanın tələbləri nəzərə alınmasa Liviya ilə bağlı siyasi qərara razı olmayacaq.

Baş nazir Avropa Birliyindəki bütün həmkarlarına, Avropa Komissiyasının (AK) sədri və Avropa İttifaqı Şurasının Prezidentinə məktublar göndərdiyini və cümə günü Almaniya kansleri Angela Merkel ilə telefonla danışacağını söyləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.