Dörd ölkə arasında Suriya müzakirəsi

25-01-2020, 08:19           
Dörd ölkə arasında Suriya müzakirəsi
Almaniya kansleri Angela Merkel Suriya münaqişəsinin həll olunması məsələsinə dair cari ilin birinci rübündə Ankarada Türkiyə, Fransa və Rusiya prezidentləri ilə birgə danışıqlar keçirməyi mümkün sayır.

Teleqraf.com xəbər verir ki, bu barədə kansler Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra keçirdikləri birgə mətbuat konfransında bildirib.

İki lider arasındakı danışıqlar zamanı Suriya və Liviya problemləri ətrafında, həmçinin ikitərəfli münasibətlərə dair geniş müzakirələr aparılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.