Edam edilən şeyxlə bağlı şok sənəd yayıldı: Şiələr ABŞ-a sünnilərdən daha yaxşı müttəfiqdir

4-01-2016, 21:02           
Edam edilən şeyxlə bağlı şok sənəd yayıldı: Şiələr ABŞ-a sünnilərdən daha yaxşı müttəfiqdir
ABŞ-ın Səudiyyə Ərəbistanının edam etdiyi şiə din alimi Şeyx Nimr ilə 2008-ci ildə görüşdüyü üzə çıxıb.
Axar.az xəbər verir ki, bu, “Vikiliks”in əldə etdiyi sənədlərdə yer alıb. Lakin sənədlərdə Nimr ilə görüşən adamın adı qeyd edilməyib. ABŞ rəsmisi ilə görüş zamanı Şeyx Nimr iranyönlü biri olduğunu rədd edib və xaricdən gələcək istənilən yardımları qəbul edəcəyini bildirib.

Bundan əlavə, şiə alimi Səudiyyə Ərəbistanı hökumətinin yalnız xalqın reaksiyası ilə dəyişə biləcəyini deyib. O, şiələrin ABŞ-a sünnilərdən daha yaxşı müttəfiqi ola biləcəyini, rəsmi Vaşinqton kimi ədalət və azadlıq anlayışlarına inandığını söyləyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də aralarında şiə din alimi Ayətullah Nimr Baqir ən-Nimrinin də olduğu 47 nəfəri edam edib. Bundan sonra Tehrandakı Riyad səfirliyi yandırılıb. Səudiyyə buna cavab olaraq İranla diplomatik əlaqələri kəsib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.