Beynəlxalq haker qrupu Donald Tramp haqqında dəhşətli faktlar paylaşdı - FOTO

3-06-2020, 00:15           
Beynəlxalq haker qrupu Donald Tramp haqqında dəhşətli faktlar paylaşdı - FOTO
Hökumətlər və şirkətlərə kiberhücumlar təşkil edən Anonimus beynəlxalq haker qrupu, Corc Floyd etirazlarını dəstəkləyərək Minneapolis Polis Xidmətinə (MPD) qarşı müharibə elan etdiyini açıqlayıb.


Primetime.az xəbər verir ki, qrup bundan sonra Tvitter səhifəsində ABŞ prezidenti Donald Tramp və ailəsi haqqında dəhşətli faktları özündə əks etdirən materiallar paylaşb.


Qrup yetkinlik yaşına çatmayan qızların pul qarşılığında məşhur adamlarla cinsi münasibətə məcbur edən Cefrey Episteinə aid olduğunu iddia etdiyi "Qara siyahı"nı paylaşıb. Siyahıda bir çox məşhur adlarla birlikdə ABŞ Prezidenti Donald Tramp, onun həyat yoldaşı və qızının da adını görmək mümkündür. Qrup bu siyahı ilə birlikdə Trampın pedofil olduğunu iddia edib.


Qeyd edək ki, amerikalı iş adamı Cefrey Epsteyin Florida və Nyu-Yorkda kiçik uşaqlara qarşı cinsi zorakılıq və istismar səbəbilə 6 iyul 2019-da həbs edilmiş, 1 ay sonra, 10 avqustda isə qaldığı tək nəfərlik kamerada özünü asaraq intihar etmişdi.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.