Rusiya FTX Roqozinin müşavirinin həbsi ilə bağlı açıqlama yaydı: "NATO-ya informasiyalar ötürüb"

7-07-2020, 18:45           
Rusiya FTX Roqozinin müşavirinin həbsi ilə bağlı açıqlama yaydı:
Rusiyanın Federal Kosmik Agentliyinin (“Roskosmos”) baş direktorunun müşaviri İvan Safronov NATO-nun xüsusi xidmətlərindən birinə işləməkdə şübhəli bilinir.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, İ. Safronov NATO-nun xüsusi xidmətlərin birinin tapşırığı ilə Rusiya Federasiyasının hərbi-texniki əməkdaşlıq, müdafiə və təhlükəsizlik üzrə dövlət sirri daşıyan məlumatları toplayıb həmin qurumun nümayəndəsinə ötürüb.
Faktla bağlı dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, bu gün “Roskosmos”un baş direktorunun informasiya siyasəti üzrə müşaviri, vaxtı ilə “Kommersant” və “Vedemosti” qəzetlərində jurnalist kimi çalışmış 1990-cı il təvəllüdlü İ. Safronov saxlanılıb/APA.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru