Cahandar BAYOĞLU: Dövlət şuuru güclü olan Türkiyədə millət ac qalar, dindən də, məhzəbdən də umtina edər amma dövlətini qoruyar.

8-07-2020, 09:51           
Cahandar BAYOĞLU: Dövlət şuuru güclü olan Türkiyədə millət ac qalar, dindən də, məhzəbdən də umtina edər amma dövlətini qoruyar.
07/07/2020 tarix, huriyet org saytında “Yaxın zamanlarda Ərdoğanın başında durduğu iqtidar hazırkı siyasətindən imtina etməsə, Türkiyədə gərginlik artmada davam edəcək” başlıqlı yazı derc olunub.
Yazı politoloq kimi təqdim olunan Xaqani Cəfərliyə istinad edilib.
Xaqani Cəfərli bildirir ki,”İngiltərə Gizli Servisi MI 6 Beyin mərkəzinin hesabatına görə, Türkiyədə yaxın 8-10 ay ərzində vətəndaş müharibəsi baş verə bilər. Hesabatda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan məzhəb ayrı-seçkiliyi olan ehtiraslı romantik bir lider kimi bəhs edilir. Eyni zamanda, Türkiyənin iqtisadi böhran astanasında olması statistik məlumatlar əsasında təsvir edilir və bunun sosial partlayışa səbəb olacağı ehtimalının yüksək olduğu qeyd edilir. Hesabatda Türkiyədə etnik ziddiyyətlərin artması, xüsusilə də ölkədə olan 4.5 milyon suriyalıya qarşı xalq arasında qəzəbin artması vətəndaş müharibəsinin baş vermə ehtimalın artıran səbəblər kimi göstərilir”
Politoloq, ”Bu hesabat olmadan da Türkiyədə işsizliyin kəskin artması nəticəsində sosial gərginliyin artdığı hər kəsə məlumdur. Türkiyədə olan 4.5 milyon suriyalıya qarşı toplumda kəsin narazılığın olduğu son bələdiyyə seçkiləri zamanı açıq görünmüşdü. Türkiyə cəmiyyətində dini müstəvidə münaqişələrin olma ehtimalı da yüksəlib. Xüsusilə cəmiyyətin dindar hissəsinin dindar olmayanlara qarşı açıq təhdidləri güclənib” deyərək daha irəli gedərək, Mi 6 kölgədə qoyub. Daha sonra Politoloq Ceferli, “Xaqani Cəfərlinin sözlərinə görə, iş o həddə çatıb ki, dövlət televiziyası olan TRT 1-in efirindən dindar bir qadın prezident Ərdoğanın hakimiyyətdən gedəcəyi halda dindar olmayan qonşularını öldürəcəklərini, öldürüləcək şəxslərin siyahısını hazırladıqlarını açıq şəkildə bəyan edir: “Ən maraqlısı budur ki, belə çııxşlara qarşı hüquq-mühafizə orqanları heç bir tədbir görmür. İqtidarın siyasi partiyalar və Vəkil Büroları haqqında qanunları dəyişməsi, müxalif “Tele 1” və “Halk tv” kanallarına təzyiqi artıraraq onları bağlamağa çalışması,Yılmaz Özdil kimi cəmiyyətdə böyük nüfuzu olan ziyalıları təqib etməsi, onları həbs etmək niyyətinə düşməsi türk toplumunda gərginliyi daha da artırır. Bir çox nüfuzlu ictimai xadimlər iqtidarın təzyiqlərinin qarşısını almaq üçün müxalifəti dinc müqavimətə çağırırlar. Aydın görünür ki, yaxın zamanlarda Ərdoğanın başında durduğu iqtidar hazırkı siyasətindən imtina etməsə, Türkiyədə gərginlik artmada davam edəcək. Bu isə ingilis beyin mərkəzinin qorxunc hesabatı reallığa çevrilmə ehtimalını artırır. Son olaraq onu da qeyd edim ki, bir müddət əvvəl ABŞ-ın beyin mərkəzlərindən birinin Ədoğanın hakimiyyətdən qanla, yoxsa qansız gedəcəyi ilə bağlı araşdırmasının mövcud olduğu üzə çıxmışdı. Azərbaycanın təbii müttəfiqi olan Türkiyədə vətəndaş müharibəsinin olma ehtimalı belə bizim üçün qəbul edilməzdir. Amma Türkiyədə baş verən proseslər bizim arzularımızdan asılı deyil” fikir səsləndirərək Türkiyədə vətəndaş müharibəsi hökmən olacaq deyir.
Mən bu fikri səsləndirəni tanımıram və cəmiyətdə də belə fikirli adamlar ola bilər deyə düşünürəm. Amma belə sərsəm fikirlərin ciddi yayın orqanlarında getməsini istəmızdim.
Yazını yazan Politoloq Xaqani bəy Cəfərliyə demək istərdim ki, Mİ 6 dan öncə Amerikanın gizli xidmət orqanları Türkiyədə FETÖ hərbi çevrilişini proqnozlaşdırdı, eləmək istədi alınmadı. Amerika və digər güclər Türkiyədə PKK teroru əsdirərək etnik ayrı seşkiliyi edə bilmədi. Siz Türkiyədə hansı məhzəb ayrı seçkiliyindən yazlrsınız ki, əhalisinin çoxsu sünnü olan Türkiyənin ən yaxın müttəfiqi əhalisinin çoxunluğu şiə məhzəbindən olan Azərbaycan Respublikasıdır. Diktatura rejimi kimi təqdim etmək istədiyiniz Türkiyədə olan demokratiya, sizin təbliğ etmək isədiyiniz Amerika ve Avropadan daha üstündür. Atatürk Türkiyəsi Layik Demokratik Cumhuriyətdir. Hər gələn istəsə belə demokratiyanı boğa bilməz və bu mümkünsüzdü. Onuda unutmayın ki, Türkiyənin min illk dövlət ənənəsinə sahib bir yapısı vardır. Bu yapı nə İngiltərədə var, nə Avropada, nədə Amerikada. Son olaraqda deyim ki, dövlət şuuru Türkiyədə o qədər güclüdü ki, millət ac qalar, dindən də, məhzəbdən də umtina edər amma dövlətini qoruyar.

Cahandar Bayoğlu
Turan Partiyası GK Başqanı
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.