İran və BƏƏ arasında şok anlaşma: Hökumət ayağa qalxdı

3-08-2020, 13:34           
İran və BƏƏ arasında şok anlaşma: Hökumət ayağa qalxdı
“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici işlər naziri Abdullah bin Zayidin iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşü, BƏƏ-nin Yəməndəki fəaliyyətlərinin əsl mahiyyətini ortaya çıxardı”.

Teleqraf.com xəbər verir ki, bunu Yəmənin informasiya nazirinin müşaviri Muxtar ər-Rəhbi deyib.

“Yəmənə İran və əlaltılarına (qiyamçı Husilər) qarşı döyüşmək üçün getmişkən, indi də dostca və açıq bir dialoqa başlayırsınız. Bu, BƏƏ-nin Yəməndəki əsl niyyətini ortaya qoyur. BƏƏ Yəmənə İrana qarşı döyüşmək üçün girmədi – hava və dəniz limanları, adalar, sahillər və su kanallarını ələ keçirmək üçün daxil oldu. Bundan başqasını iddia edən, yalan danışmış olacaq”, - yəmənli diplomat qeyd edib.

Yəmən hökuməti son dönəmlər BƏƏ-ni ölkədə Husilərdən sonra ikinci çevrilişə cəhd etməkdə günahlandırır.

BƏƏ Cənubi Keçid Şurası adlandırılan və ölkənin cənubunu şimaldan ayırmaq istəyən separatçı qrupa açıq dəstək verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru