Co Bayden Qarabağdakı vəziyyəti şərh edib

28-09-2020, 02:18           
Co Bayden Qarabağdakı vəziyyəti şərh edib
ABŞ-ın Demokrat Partiyasından prezidentliyə namizəd Co Bayden Dağlıq Qarabağda vəziyyətlə bağlı narahatlığını ifadə edib və tərəfləri atəşin dayandırılmasına çağırıb.

Bu barədə "Report" siyasətçinin qərargahına istinadən xəbər verir.

"Mən Dağlıq Qarabağda zorakılığın baş verməsindən çox narahatam və təcili olaraq gərginliyin azaldılmasına, atəşkəsin bərpasına və Ermənistanla Azərbaycan arasında danışıqların davam etdirilməsinə çağırıram"- o deyib.

Onun fikrincə, ABŞ təmas xətti boyunca müşahidəçi sayının artırılmasında israr etməlidir. Bundan əlavə, rəsmi Vaşinqton heç bir silahın hücum məqsədləri naminə istifadə olunmaması üçün yardım proqramlarını nəzərdən keçirməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru