Britaniya və Kanada Lukaşenkoya qarşı sanksiyalar tətbiq edir

30-09-2020, 00:09           
Britaniya və Kanada Lukaşenkoya qarşı sanksiyalar tətbiq edir
Britaniya və Kanada seçkilərin saxtalaşdırılması və etirazçılara qarşı zoraklıq tətbiq edilməsi ittihamları ilə çərşənbə axşamı Belarus prezidenti Aleksandr Lukaşenko, onun oğlu və digər yüksək vəzifəli şəxslərə qarşı səyahət qadağası və aktivlərinin dondurulması kimi sanksiyalar tətbiq etməyə başlayıb.

Bu sanksiyalar Rusiyanın yaxın müttəfiqi olan Belarusda böhranla bağlı Qərbin qüdrətli dövlətləri tərəfindən tətbiq olunan ilk sanksiyalardır.

26 ildir iqtidarda olan Lukaşenko qalibi elan edildiyi və müxalifətin səslərin oğurlandığını dediyi 9 avqust prezident seçkilərindən sonra kütləvi nümayişlərdə 12 mindən çox insan həbs olunub. Lukaşenko seçkilərdə saxtakarlığa yol verildiyini rədd edir.

Britaniyanın xarici işlər naziri Dominik Raab Reuters xəbər agentliyinə deyib ki,Lukaşenko insan haqlarını pozduğuna və səsləri saxtalaşdırdığına görə bədəl ödəməlidir. Britaniyanın çərşənbə axşamı elan etdiyi sanksiyaların heç biri Rusiyanı hədəf almasa da, Raab Lukaşenkonun müttəfiqi, Rusiya prezidenti Vladimir Putini də qeyd edib.

"Hər şeydən əvvəl bir bədəl olmalıdır, insan haqlarının pozulması və bu seçkilərin saxtalaşdırılmasına görə bədəl olmalıdır" - deyə, Raab Cənubi Koreyanın paytaxtı Seula səfəri zamanı verdiyi müsahibəsində bildirib.

"Aleksandr Lukaşenko və açığı Vladimir Putin kimi şəxslərin insan haqlarını pozduqlarına və seçkiləri saxtalaşdırdıqlarına görə hesab verməyəcəklərini düşündüyü kimi bir vəziyyət ola bilməz" - deyə, o əlavə edib.

Kanadanın xarici işlər naziri Fransua Filip Şampan isə bildirib: “Belarus höküməti insan haqlarını sistematik şəkildə pozmağa davam etdikcə və müxalifət qrupları ilə danışıqlar yolu ilə həll tapmağa sadiqliyə bir işarə göstərmədiyini nümayiş etdirdikcə Kanada səssiz dayanmayacaq."
AMERİKANİNSESİ.ORG












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.